“İRƏLİ” İctimai Birliyi Ulu Öndərin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib
10 May 2023, 15:51
10 May
2023
15:51
276
"İRƏLİ” İctimai Birliyi müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib.
Təşkilatın Mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmış dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və onun əsasını qoyduğu müasir azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğindən ibarətdir.
Baş tutmuş tədbirlər çərçivəsində "İRƏLİ” İctimai Birliyinin kollektivi və üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Qeyd olunub ki, təşkilat tərəfindən "100 ildən 1 an: böyük ömürdən örnəklər” adlı ümumrespublika esse müsabiqəsinə start verilib. Müsabiqə "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti”, "Vətən müharibəsinə qazanılmış qələbədə Ulu Öndər ideyalarının rolu”, "Ümummilli Lider – Müstəqil Azərbaycanın qurucusu kimi” və "Heydər Əliyev və müasir azərbaycançılıq ideyası” olmaqla 4 müxtəlif istiqaməti əhatə edir.
132-134 nömrəli təhsil kompleksində "Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. 150-dən çox gəncin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev Ulu Öndər Heydər Əliyevlə müxtəlif zamanlarda baş tutmuş görüşlərindən, eləcə də, müəllifi olduğu, Ümummilli Liderə həsr olunmuş sənədli filmlərindən söhbət açıb. Tədbirdə həmçinin təhsil kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirilib, səhnəciklər təqdim olunub.
"İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev, teatrın solistləri – əməkdar artist İnarə Babayeva və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə çıxışları zamanı Ümummilli Liderin mədəniyyət sahəsinə olan diqqət və qayğısı, habelə indiyədək istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işləri qeyd ediblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınması Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Tədbirlər planının davamında bir sıra təhsil müəssisələrində gənclər arasında "Nə? Harada? Nə zaman?” intellektual oyunu, bədii qiraət müsabiqəsi, habelə həndbol yarışı keçirilib. 7 müxtəlif məkanda ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilən yarışlarda iştirakçılar birincilik uğrunda mübarizə aparıblar.
Bildirilib ki, Ulu Öndərin anadan olmasının 100 illik yubileyi və "Heydər Əliyev İli” çərçivəsində "İRƏLİ” İctimai Birliyi tərəfindən paytaxt və bölgələrimizdə tədbirlərin icrası ilboyu davam etdiriləcək.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO