Fərid Şahbazlı: “Humanitar” pərdəyə bürünmüş BQXK-nin əsl siması Azərbaycana çoxdan tanışdır

11 Sentyabr 2023, 14:11
11 Sentyabr
2023
14:11
71
Son günlər Qarabağ iqtisadi rayonunda erməni separatçı rejiminin təxribatçı hərəkətləri vəziyyəti "partlayış” həddinə çatdırıb. Bir yandan "humanitar fəlakət”, "aclıq”, "dərman qıtlığı” kimi şüarlar altında bütün dünyada ağlaşma qoparan separatçılar, digər tərəfdən Azərbaycandan təklif olunan və artıq iki həftəyə yaxındır Ağdam-Xankəndi yolunda gözləyən humanitar yükləri Xankəndiyə buraxmır. Əsas tələbləri də odur ki, bu yüklər Qarabağa yalnız Laçın dəhlizindən və Ermənistandan gətirilməlidir. Bu isə o deməkdir ki, nə Xankəndidə, nə də bir ovuc erməninin yaşadığı digər yaşayış məntəqələrində heç bir "humanitar böhran” yoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, separatçı rejimin əsl niyyəti Laçın dəhlizində sərbəst gediş-gəlişin bərpasına, mahiyyət etibarilə oradan hələ də Qarabağda qalmaqda olan tör-töküntülərə silah-sursatın çatdırılmasına nail olmaq, Ağdam-Xankəndi yolunun açılmasına isə heç bir halda yol verməməkdir.
"Ən acınacaqlı vəziyyət bəzi dövlətlərin və humanitar təşkilatların ermənilərin bu əsassız tələblərinə birbaşa və dolayısı ilə dəstək verməsidir. Burada söhbət, ilk növbədə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) və onun Rusiya nümayəndəliyindən gedir. Bitərəf mövqe tutub sırf humanitar məsələlərin həlli ilə məşğul olmaq yerinə, bu təşkilat artıq çoxdan ermənilərin əlində siyasi alətə çevrilib, İrəvanın və Xankəndidə oturan cinayətkar rejimin diktəsi ilə hərəkət edir.
BQXK az qala bu gün Ağdam-Xankəndi yolunun açılmamasında maraqlı olan tərəf kimi çıxış edir. Nəticə etibarilə Komitə Parisdən və İrəvandan gələn siyasi sifarişləri yerinə yetirməklə və regionda vəziyyəti gərginləşdirməklə yeni silahlı toqquşmanın toxumlarını səpməkdədir”, – deyə siyasi şərhçi vurğulayıb.
Onun sözlərinə görə, "humanitar” pərdəyə bürünmüş BQXK-nın əsl siması, ikiüzlülüyü və xristian təəssübkeşliyi altında çevirdiyi ikibaşlı oyunlar Azərbaycana çoxdan tanışdır. İndiki vəziyyətdə görüləsi əsas iş isə həmin oyunları "təhlil etmək”, hansısa ermənipərəst dövlətlərin və qüvvələrin əsassız ittihamlarına cavab vermək deyil, Xankəndiyə daxil olub oradakı separatçı rejimi süpürüb atmaqdır. Azərbaycanın buna həm hüquqi, həm də mənəvi haqqı var.
Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023
24 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
Digər xəbərlər
-
SOSİAL, SİYASƏT
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
GÜNDƏM, SİYASƏT
Alındı, cənab Prezident!
-
GÜNDƏM, SİYASƏT
“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
SİYASƏT
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
GÜNDƏM, SİYASƏT
“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
SOSİAL, SİYASƏT
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
GÜNDƏM, SİYASƏT
Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
GÜNDƏM, SİYASƏT
“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
SİYASƏT
“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ