Emin Hacıyev: "Ermənistanın yeganə xilas yolu Azərbaycan dövləti ilə sülhdə yaşamaqdır"
05 Dekabr 2022, 15:33
05 Dekabr
2022
15:33
372
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Emin Hacıyev deyib: "Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ölkəmizə qarşı açıq düşmənçilik mövqeyidir. Bir neçə gün əvvəl Fransa Senatının qəbul etdiyi qərəzli qətnamədən sonra belə bir addımın atılması Azərbaycana qarşı məkrli niyyətlərdən xəbər verir. Artıq şübhə doğurmur ki, Fransa sönməkdə olan münaqişəni yenidən alovlandırmaq niyyətindədir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini, regionda sabitliyin yaranmasını həzm edə bilmir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına hər vəchlə zərbə vurmağa çalışır. Bütün bunlar təbii ki, erməni lobbi təşkilatlarının sifarişindən qaynaqlanır. Bu ölkənin açıq şəkildə təcavüzkarı himayə etməsi Ermənistanın işğalçılıq siyasətini bölüşməsi deməkdir. ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan zaman da Fransa münaqişənin nizamlanmasına deyil, uzanmasına çalışıb. Bu gün həmin formatın işləməməsi, həmçinin Fransanın sülh danışıqlarından kənarda qalması bu ölkəni müxtəlif riyakarlıqlara əl atmağa sövq edir. Milli Assambleyanın qəbul etdiyi qərəzli qətnamə də bunun sübutudur. Həmin qətnamə layihəsinin həmmüəlliflərinin Fransa prezidenti Emmanuel Makronun "Renessans” partiyasının üzvləri olan deputatlar olması faktı hər şeyi deyir. Fransanın Azərbaycanla Ermənistanın sülh gündəliyində yer almaq istəyi, Ermənistanın buna yönəlik cəhdləri isə uğursuzdur. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, "Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik”.
Çox yaxın keçmişdə Avropa məkanında multikultural siyasətin və multikultural dəyərlərin iflasa uğradığını rəsmi şəkildə bəyan edən Fransa hökuməti indi bizə regionda sülhü və qonşuluq siyasətini yenidən qurmağımıza maneçilik etməməlidir və edə də bilməyəcək. Hesab edirəm ki, Fransa dairələrində Azərbaycan əleyhinə aparılan açıq düşmənçiliyə qarşı sərt mövqe nümayiş etdirilməlidir.
Yaxşı olardı ki, erməni hakimiyyəti öz qeyri sağlam yanaşmasından əl çəksin, xaricdə özünə havadarlar axtarmaq əvəzinə ölkəmizin ona təklif etdiyi sülh təklifinə müsbət cavab versin. Erməni hakimiyyəti və erməni xalqı bilməlidirlər ki, onların yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdan keçir.
Erməni diasporu neçə illərdir milyardlarla pul xərcləyirlər dünyanın müxtəlif ölkələrində satılmış siyasətçilərə, lobbi şirkətləri böyük pullar qazanır, itirən isə erməni xalqıdır. Nə bu saxta qərarlar, nə də ki, heç bir dövlətin təzyiqləri Azərbaycan dövlətini, Azərbaycan xalqını öz inkişaf yolundan, regionda lider rolundan döndərə bilməyib və bilməyəcək. Düşünürəm ki, bu həqiqəti hər kəs dərk etməlidir."
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...