“Ədliyyə Nazirliyi Dehlidəki Sanca Kumara deyil, partiya siyahısındakı Möhləddinə zəng edir...”
07 Sentyabr 2023, 15:17
07 Sentyabr
2023
15:17
281
"Wikileaks”i yəqin çoxları xatırlayır. "Dərin dövlət konseyi”nin periodik münaqişəsi zəminində meydana çıxmış, 5 gün ərzində 52 dövlətin 10 illik yazışmasını 457 cilddə tirajlamaqla bomba effekti yarada bilmiş və ən sonda elə alışdığı sürətlə də sönmüşdü. Amma onların tarix üçün mühüm bir xidməti yəqin ki, heç bir zaman unudulmayacaq. "Wikileaks” həmin qısa müddətdə az qala bütün planetə son dərəcə vacib mesajları çatdıra bildi:
1) Gördüyünüzlə baş verənlər arasında dərin əlaqə axtarmayın.2) Əksər beynəlxalq təşkilatların səmimiyyətinə inanmayın. 3) Dünya 10-luğunun diplomatik korpusu ilə maksimum ehtiyatlı (diqqətli) davranın.
***
O gün mediadan Hikmət Hacıyevin açıqlamasını oxudum. NATO-nun keçmiş Baş Katibini ifşa etmişdi. Konkret faktlarla. Kəskin bir formada. Ən çox ritorika ləzzət elədi və nə gizlədim, bir az da qəribə hisslərə qapıldım. Çünki, siyasi konfiqurasiya dəyişikliyinə qədər belə məqamlara çox az şahidlik edirdik və uzun illər boyunca dövlətin diplomatik sahəyə cavabdeh şəxslərinin əksəriyyəti düşünürdü ki, kritik kazuslarda cavab maksimum ehtiyatlı olmalıdır. Xeyr! Cavab elə bax bu cür olmalıdır. Sarkazmı ciddiliyə, ciddiliyi konkretliyə, konkretliyi kəsərə qataraq! Nala-mıxa vurmadan. Ki, siz busuz! Yoxsa bir çox xarici diplomatlar özlərinə "avto pilot” komfortu tapan kimi anidən siyasətçiyə çevirilirlər, siyasi ekspert havasına girirlər, özlərini Siyasi Partiya rəhbəri kimi aparırlar.
Rino Harnişi xatırlayın, yetər.
Və unutmadan bir məqama toxunum. 2 gün öncə xarici dövlətin müvəqqəti işlər vəkilinin dəvəti ilə təşkil edilən görüş də mənə çox maraqlı gəldi. O baxımdan ki, görəsən mövzu nə olub? Hə, aydındır, artıq bu barədə açıqlama verilib və hər kəsin öz səlahiyyət çərçivəsi daxilində müzakirə apardığı xüsusi vurğu ilə qeyd olunub. Amma, lütfən biriləri mənə izah etsin: Müvəqqəti işlər vəkilinin istintaq altında olan şəxslə bağlı informasiya almaq səlahiyyəti hansı çərçivənin içindədir? Diplomatik protokolunmu, bəlli bir əsasnaməninmi, yoxsa konkret Konvensiyanınmı?
Biz - istintaq sirrini sorğulamağın istintaq sirrini yaymaq qədər (yumşaq desəm) düzgün iş olmadığını çıxıb mətbuat konfransındamı deyək? Şüar formasındamı çatdıraq? Bir-bir hamıya yazılı müraciətləmi ünvanlayaq?
Müharibə bitib. Bölgənin təməlli sabitliyə ehtiyacı var. Sülh müqaviləsi təcili şəkildə imzalanmalıdır. Amma beynəlxalq güclər və təşkilatlar bu əsas prioriteti müzakirə, həll etmək əvəzinə "Vaşinqton Post”a, "BBC”- yə yazı sifarişi verirlər, əleyhimizə yönəltmək üçün parlamentari axtarışına çıxırlar, beynəlxalq məhkəmələrdə lobbiçilik edirlər, Ermənistana "NATO-ya daxil ol" tipli şirnikləndirici təkliflər göndərirlər, Rusiyanı bir də Qafqazda qızışdırmağa çalışırlar, dünyanın az qala 1 nömrəli humanitar təşkilatının maşınlarında ərzaq, tibb ləvazimatları əvəzinə silah daşıyırlar.
Sonra deyirlər, Laçına niyə post qoydunuz? Neyləyək bəs? Xalça sərək? Erməni terrorçuların pişvazına gül düzək?
Hələ bir Venesiya Komissiyası var. Avropa Şurasının nəzdində. Neqativ rəy vermək üzrə mütəxəssisdirlər. Bütün fəaliyyətləri boyunca da xoş sözlə, təqdirlə işləri olmayıb. Ancaq "ağsaqqal məsləhəti” veriblər, səhv tutublar, qüsur axtarıblar. Öz də insafsızcasına! Sadə bir misal deyim: Bu yaxınlarda "Siyasi Partiyalar haqqında” qanun qəbul olundu və həmin qanunun qəbuluna qədər ölkədə 58 Partiya fəaliyyət göstərirdi. Demək təsəvvür edin, həmin 58 Partiyanın böyük əksəriyyəti yeni müddəaların və dəyişikliklərin mütərəqqiliyi, vacibatı, siyasi sistemə faydalılığı haqda danışır. Amma 1-2 Partiya həmin çoxluqla razı deyil, ümumi fikrin əleyhinədir, hər yerə donos yazır, dövləti şantaj edir və…nəhayətində Venesiya Komissiyası təxminən 55 təşkilatın iradəsini qoyur bir kənara, azlıqda qalanların mövqeyindən çıxış edir. Hərgah, adama sual verərlər: Niyə? Səbəb? Axı ortalıqda zərrə qədər problem yoxdur. Qanun yetərincə mükəmməldir. Beynəlxalq təcrübəyə tam uyğundur. Yoxlama, aydınlatma prosesinə cavabdeh olan Ədliyyə Nazirliyinin təmsilçiləri də işini ən yüksək peşəkarlıqla görür və reyestr dəqiqləşdirmək üçün Dehlidəki Sanca Kumara deyil, partiya siyahısında adı keçən ixtiyari bir insana, məsələn Möhləddinə zəng edir, sadə suallar verir, nəticə ilə bağlı məktub yazır + yazdığı məktubda göstərir ki, qaranlıq qalan məqam varsa, gəlin bərabər müzakirə edək, araşdıraq, yoxlayaq, hesablayaq. Başqa nə desinlər? Nə etsinlər? Alternativiniz, təklifiniz nədir? Bu ölkənin rəsmi qurumundan cavab gəlməmiş xarici qucaqlara atlanmağın, yüyürməyin məqsədi, məramı nədir? Nəticə bilinmədən qabaqdangəlmişlik eləməyin adı nədir?
Xəyanətin buynuzu olmur ki…
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat