“Əbədiyyətə qovuşanlar” kitabı təqdim olundu - MİNGƏÇEVİRDƏ
20 Noyabr 2021, 15:51
20 Noyabr
2021
15:51
783
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 1-ci və 2-ci Qarabağ müharibələrində şəhid olmuş mingəçevirli şəhidlərə həsr edilmiş "Əbədiyyətə qovuşanlar” adlı kitab işıq üzü görüb. Nəfis tərtibatda dərc edilmiş kitabda hər iki savaşda iştirak etmiş və şəhid olmuş mingəçevirli qəhrəmanların hər birinin həyat hekayəsi təsvir olunur.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun ümumi rəhbərliyi ilə həyata keçirilmiş layihəyə əsasən birinci Qarabağ müharibəsində şəhid olmuş 316 nəfər və II Qarabağ müharibəsində şəhid olmuş 51 nəfər şəhidin həyat və fəaliyyəti, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar, onların dövlət təltifləri barədə toplanmış materiallar Mirsədi Daşdəmirov və Mətanət Məmmədovanın müəllifliyi ilə qələmə alınaraq bir kitabda yer almışdır.
Noyabrın 19-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən "Əbədiyyətə qovuşanlar” kitabının təqdimatında şəhid valideynləri, ailələri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri toplanmışdılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüqiq-mühafizə orqanlarının rəhbərləri də təqdimat mərasimində iştirak edirdilər.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdimat mərasimini açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Vətən müharibələrində iştirak edərək canları, qanları ilə vətənin müdafiəsinə qalxaraq şəhid olan igidlərimiz, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək zəfər qələbələri əldə etməsi barədə geniş məruzə ilə çıxış etdi. Şəhidlərimiz haqqında yazılan "Əbədiyyətə qovuşanlar” kitabının yüksək tərtibatla oxuculara təqdim olunmasını təqdirəlayiq hal kimi dəyərləndirən şəhər rəhbəri, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş işlərin aparılacağını söylədi. İcra başçısı eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını ifadə etdi.
Tədbirdə "Əbədiyyətə qovuşanlar” kitabının müəlliflərindən biri "Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Məxluq Həsənov, iki şəhid anası Sevinc Əhmədova çıxış edərək kitab haqqında öz fikirlərini bölüşmüş, belə bir kitabın dərc olunmasının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılmış təqdirəlayiq addım kimi qiymətləndiriblər.
Daha sonra "Əbədiyyətə qovuşanlar”” kitabı iştirakçılara təqdim olundu.
Təqdimetmə mərasimindən sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlərinin rəhbərləri ilə birlikdə ildönümü tamam olan şəhidlərimiz Məmmədov Ruslan İbrahim oğlu və Cəfərli Ruslan Nəcəf oğlunun ailələrini ziyarət etdi. Ənənəvi olaraq, şəhər rəhbəri şəhid ailələrinin sosial-məişət problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi. Şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqətdən məmnun olduqlarını bildirdilər və buna görə prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. İlham İsmayılov eyni zamanda İcra Hakimiyyəti tərəfindən ərsəyə gətirilən şəhidlərimizə həsr olunmuş "Əbədiyyətə qovuşanlar” kitabı barədə şəhid valideynlərinə məlumat verərək kitabı şəxsən onlara təqdim etdi.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib