Dünya mediası Laçın-Xankəndi yolundakı aksiyanı obyektiv işıqlandırsın - Mətbuat Şurası bəyanat yaydı
16 Yanvar 2023, 12:35
16 Yanvar
2023
12:35
314
Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın dünyanın bir sıra media vasitələrində təqdimatı cəmiyyətimizin müxtəlif təbəqələri kimi, ölkəmizin jurnalist ictimaiyyətinin nümayəndələrini də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan Mətbuat Şurası bildirir ki, bu təqdimatlar söz və ifadə azadlığının imkanlarından sui-istifadədir, qərəz və qeyri-obyektivlikdir.
Qarabağ Azərbaycanın suveren, beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bölgədə yaşayan ermənilər də hüquqi baxımdan ölkəmizin vətəndaşlarıdırlar. Lakin erməni lobbi və diaspor təşkilatlarının, habelə, Qarabağdakı qondarma rejimin "dövlət naziri” kimi oyuncaq postu tutan Ruben Vardanyanın çirkli maliyyəsi hesabına məqsədli formada hərəkətə gətirilmiş dünyanın bəzi media orqanları elə görüntü yaradırlar ki, sanki, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya Qarabağ ermənilərinin yaşam hüququna təhdiddir. Bu fonda humanitar fəlakət, Azərbaycanın erməni əhaliyə qarşı soyqırımı, etnik təmizləmə, 120 min erməninin blokadada qalması, onlardan 30 mininin uşaq olması, Xankəndi xəstəxanalarında ağır xəstələrin mövcudluğu kimi yalan şablonlar dövriyyəyə buraxılır. Belə təqdimatlar reallığı qətiyyən əks etdirmir. Çünki azərbaycanlı fəalların etirazının konkret məqsədi var. Aksiya heç bir halda Qarabağı blokadada saxlamaq məramına xidmət etmir, bölgəyə humanitar yüklərin daşınmasında hər hansı problem, maneə yoxdur.
Laçın-Xankəndi yolundakı aksiya artıq bir aydan çoxdur ki davam edir. Qeyd edilmiş media vasitələri ermənipərəst siyasətin əsirinə çevrilməyib duruma bir qədər həssas yanaşsaydılar, vardanyanların və digərlərinin şablonlarının mahiyyətinə diqqət yetirər, müəyyənləşdirərdilər ki, bölgədə humanitar fəlakət kimi qiymətləndiriləcək durum tam istisnadır. Təəssüf ki, biz belə həssas yanaşmanı deyil, qeyri-peşəkarlığı görürük. Bu yol isə aksiya ilə bağlı əsl gerçəklikdən diqqəti yayındırmaqdır, aşkar manipulyasiyadır.
O da təəssüf doğurur ki, bilərəkdən, yaxud bilməyərəkdən manipulyasiyaya yol verənlər dünyanın və Avropanın ictimai rəyində çəkiyə malik olduğunu, fikir plüralizmini rərbər tutduğunu, yaradıcılıqlarının bəşəri dəyərlərə xidmət amalına söykəndiyini bəyan edən media vasitələridir. Onların məqalələri, faktiki olaraq, bir-birinin təkrarıdır. Eyni məzmun, eyni qərəzli iddialar, hətta, bəzi hallarda cümlələr belə eynidir.
Halbuki, obyektiv media R.Vardanyanın kimliyini araşdırmalı, onun böyük məbləğdə pul maxinasiyaları həyata keçirdiyini, kriminalla yaxın olduğunu bildirməli, belə bir şəxsin qanunsuz və cinayət xarakterli fəaliyyət həyata keçirdiyini diqqətə çatdırmalıydı. Bu, bəşəri dəyərlərə xidmət nümunəsi olardı.
Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Laçın-Xankəndi yolundakı aksiyaya obyektiv qiymət verməyə, onunla bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır. Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat