Deputat Ramil Həsən Qaracallı kəndində vətəndaşları qəbul edib

Deputat Ramil Həsən Qaracallı kəndində vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 21 iyun 2023-cü il tarixində Ucar rayon Qaracallı kəndində seçiciləri ilə görüşüb. 

Görüşdə Qaracallı kənd sakinləri tərəfindən 1 saylı Qaracallı kənd tam orta məktəbinin tikintisinin tezləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, kənd yolunun asfaltlanması, su bulaqlarının sayının artırılması, internet xətlərinin yenilənməsi, kəndin elektrik xətlərinin kabelləşməsi və vaxtı keşmiş elektrik transformatorlarının yenilənməsi ilə bağlı, eyni zamanda şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
 













 

Xəbər lenti