Deputat Ramil Həsən Novruz bayramı ərəfəsində Ucar rayon ictimaiyyət nümayəndələri ilə görüşüb
18 Mart 2022, 17:46
18 Mart
2022
17:46
610
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 18 mart 2022-ci il tarixdə Novruz bayramı ərəfəsində Ucar rayon ictimaiyyət nümayəndələrinin bir qrupu ilə görüşüb. Görüşdən öncə millət vəkili Ramil Həsən Ucar rayon İcra Başçısı Mənsur Məmmədovla bir araya gəlib, rayonda görülən işlər və problemlərlə bağlı fikir mübadiləsi aparıb, daha sonra Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağımızın azad olunmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.
Millət vəkili ictimaiyyət nümayəndələri ilə bayram süfrəsində fikir söyləməmişdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən vətənimiz azadlığı uğurunda şəhid olmuş bacı və qardaşlarımızın ruhunu 1 dəqiqəlik sükutla yad etdi.
Deputat Ramil Həsən çıxışında - hamı ilə görüşmək imkanım olmasa da, bayram astanasında bir qism insanlarla bir araya gəlməyi planladıq. Hər biriniz bizim Ucarda müxtəlif sahələrdə fəaliyyət göstərirsiniz ona görə də xahiş edirəm mənim salamlarımı və bayram təbriklərimi ətrafınızdakı bacı və qardaşlarımıza, analarımıza, atalarımıza, eyni zamanda balalarımıza çatdırın. Hər birisi mənim üçün əziz və dəyərlidir, ona görə də mən elə burda sizlərin timsalında bütün Ucar camaatını ürəkdən təbrik etmək istəyirəm və arzu edirəm ki, həyatınız hər zaman xətasız, bəlasız olasız və bir daha bizə Vətən müharibəsi yaşatmayacaq bir ömür qismət olsun. Arzu edirəm ölkəmiz işğal və hər hansı bir çətinliklərlə, əngəllərlə, maneələrlə bir daha qarşılaşmasın, bizlərə ALLAH təala sağlam ömür nəsib etsin. Bayramımız qədim bir bayramdır, Novruz bayramı Türk dünyasının və ümümiyyətlə tarixi qədimliyin simvoludur və şübhəsiz ki, bu bayramı bu günə qədər gətirib çatdırmaqda bizim əcdadlarımız xüsusi rol oynayıblar ona görə də onları yad etmək lazımdır, uzun illər əgər bizim millət Novruz bayramını qoruyub saxlaya bilibsə, yumurta döyüşdürməkdən tutmuş papaq atmağa qədər, qullaq falına çıxması, küsülülərin barışması bunların hər birisi məndən yaşlılar daha gözəl bilirlər ki, Azərbaycanın və ümümiyyətlə bizim bu regionun çox möhtəşəm əlamətləridir və əlbəttə ki, bizim də borcumuz odur ki indiki nəsilimizə bu bayramımızın adət-ənənəsini, gözəlliklərini deyə bilək ki, gələcək nəsillərə doğru-düzgün çatdırılmış olsun. Biz bu adət və ənənələri yaşatmalıyıq çünki, xalq o vaxt qüdrətli və güclü olur ki, tarixi keçmişinə və adət-ənənəsinə sahib çıxır, onu unutmur. Ölkə başçısı cənab Prezidentində hər zaman dediyi kimi "gələcəyə doğru inkişaf etməklə bərabər tariximizə sahib çıxmalıyıq". Tarixində bir parçası bizim mədəniyyətimiz və adət ənənələrimizdir ki, biz bunu sizlərlə bərabər yaşadırıq. İnsanın doğulduğu gün, dünyaya gəldiyi gün kimi baharıda simvolizə edən bizim bahar bayramımızdır. Bir daha bayramınız mübarək olsun, Allah can sağlığı versin, uğurlar arzu edirəm, inşAllah tez-tez görüşmək ümüdi ilə çox sağ olun deyərək fikirini tamamlamışdır.
Sonda bayram süfrəsini təşkil etdiyinə görə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayevaya dərin təşəkkürünü bildirdi, görüş iştirakçıları ilə birlikdə bayram tortu kəsdi.
Onu da qeyd edək ki, millət vəkilinin təşəbbüsü ilə Novruz bayramı münasibətilə Şəhid və qazi ailələri, o cümlədən həssas təbəqədən olan ailələr ziyarət edilərək bayram sovqatları çatdırılacaqdır.
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib