“Daş düşsün o vəzifənin başına ki, icrası həmin məmura tapşırılıb”
04 Fevral 2024, 14:48
04 Fevral
2024
14:48
221
Alman deputat Şvabenin "Amerikanın səsi”nə verdiyi müsahibədə diqqət çəkən xüsusi bir məqam var: "Azərbaycanla bağlı məsələ əvvəlcədən Assambleyadakı üç iri qrup tərəfindən razılaşdırılmışdı...”
Adam bunu ya bilərəkdən deyib, ya da tam tərsi. Hərgah, hər nə məqsədlə deyibsə, artıq bizim üçün fərqi yoxdur. Çünki Azərbaycana qarşı yürüdülən riyakar siyasətin cizgiləri nəinki AŞPA, hətta daha üst xətlər üzərindən də aydınca görünür. Hər halda belə olmasaydı, bu qədər sistemli gedişata şahidlik etməzdik, Fransa Senatı ilə Niderland "züytutanları” öz qərarlarını bu qədər dəqiqliklə uzlaşdırmazdı, mərkəzi ofisi Parisdə yerləşən saxta araşdırıcıların (öz dilləri ilə desək: araşdırmaçıların) fəaliyyəti "The Baku Connection” (Bakı ilə əlaqə) adlı məkrli koalisiyanın qəfil yaranışı ilə bu qədər sinxronluq təşkil etməzdi.
Şvabe AŞPA-da Makron, Şolts və özünün də daxil olduğu trionun icraçı vinti kimi çıxış edir. O, sosial demokrat kimi təqdim edilsə də, əslində Hitlerin 80 il sonra zühur etmiş formasıdır, nasist davamçısıdır, "Hakenkreuz” (SS) təbliğatçısıdır.
Alman deputatdan soruşsan ki, əzizlərinin məzarı haradadır, bəlkə də bilməz. Amma gecə ikidə belə yuxudan oyatsan "abzasçı” Elnarənin dosyesini sənə əzbərdən söyləyər.
Şvabe deyir, Almaniyada türk ermənidən daha çoxdur. Yəni, söhbət lobbi söhbəti deyil və (guya) insan haqları məsələsidir. Amma ona erməni tərəfindən viran günə qoyulmuş Ağdamın, içində donuz saxlanılan məscidlərimizin, Gəncə terrorunda hər iki valideynini itirən Xədicənin rəsmini göstərsən, haqq-filan yadına düşməz. Məşhur lətifədəki kimi qayıdar ki, mən buralı deyiləm.
Mən Şvabeni 2016-cı ildən tanıyıram. Şəxsən. Çünki AŞPA-da eyni komitədə təmsil olunmuşuq. Başını hər yerə soxsa da, fərdi kommunikasiyadan uzaq, özündən müştəbeh, iclas sıralamasında tək oturan, üzvlər tərəfindən ciddiyə alınmayan bir fiqur olub. Daim. Ona görə də mənə indi çox qəribə gəlir ki, şaxtaçı oğlunun birdən birə nümayəndə heyətinin rəhbəri postuna gətirilməsi və nəinki Azərbaycanı, hətta öz keçmiş həmkarlarını, Almaniyadan olan eks deputatları belə şantaj edəcək qədər irəli getməsi görəsən hansı "gözəgörünməz” güclərin sayəsində mümkün olub?
Şvabenin fəaliyyəti bir tək deputatlıq və AŞPA təmsilçiliyi ilə bitmir. Frank həm də Şoltsun hökumət komandasında "Qlobal din(?) və əqidə azadlığı məsələləri” üzrə komissardır.
Əqidə azadlığını anladıq. Qlobal din nə idi? Yəni, məsələ (problem həddində olsa belə) əgər qloballaşmayıbsa, "kişi”nin kurasiyasına aid edilmir? Bəlkə bu vəzifə Merkeldən sonra Almaniyanı öz yedəyinə çevirən Makronun ideyasıdır? Ki, adam arada (qloballaşmış qiyafədə) Korsika məsələsi ilə də məşğul olsun, onların da taleyinə öz "töhfə”sini versin, üzərlərinə Mussolini təfəkkürü ilə şığısın?
Əlqərəz, məğz, məram bilmirəm nədir. Amma bu arada dəqiq bildiyim tək şey var: Daş düşsün o vəzifənin, o komissarlığın, o ədalətin başına ki, icrası və cavabdehliyi Şvabe kimi məmura tapşırılıb”.
***
Uzun illər bundan öncə 9 yaşlı qızımdan dərsini niyə hazırlamadığını soruşmuşdum. Dedi, "Ata, mövzumuz "Ahəng qanunu”dur. Amma baxıram, elə "ahəng” sözünün özündə həmin qanun pozulub. Mən bunun nəyini oxuyum?”
İndi misalı ona yaxın. Demokratiyanın, ədalətin təşviqinə cavabdeh olan beynəlxalq qurumun deputatları əgər həmin demokratiyanın, ədalətin anasını ağlatmaq üçün sıraya düzülüblərsə, o zaman biz belələrinin yanında necə olaq, nə deyib olaq?
Ən əsası, niyə olaq?
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri./qafqazinfo
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat