“Bu torpaqların əsl sahibi geri qayıdıb” - ANALİZ
"Baş separatçı rolunu de-fakto dələduz Ruben Vardanyana təhvil verən Araik Harutyunyanın Fransada peyda olması və ümumiyyətlə, sözü gedən ölkənin Qafqazda fəallaşmaq cəhdləri bizim uzaq tarix cəhənnəm yaxın tarixdə yaşananlardan da düzgün nəticə çıxarmayan qonşularımızı xeyli ruhlandırıb.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Onlar hətta belə düşünürlər ki, guya bu gedişlə Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq və "kiçik bacını” öz qanadı altına alacaq. Kökündən yanılırlar. Birincisi, onlar diqqət yetirib görsünlər, Harutyunyan Fransada kiminlə görüşür. Hələ gənckən DTK-nın əməkdaşlığa cəlb etdiyi bildirilən Valeri Pekreslə. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndində peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı. Niyə mən Harutyunyanın görüşdüyü və görüşəcəyi adamlar arasında məhz bu xanımın üzərində dayandım? Çünki bütövlükdə Fransanın bizim regiona yanaşmada yeritdiyi siyasət, hətta Avropa Birliyinin adınan Ermənistana göndərilən missiya belə dolayısıyla Rusiyanın maraqlarına cavab verir. Hətta bizdə də bəzi ekspertlər Fransanın həmən missiyanın orada qalma vaxtının bir ilədək uzatmağa çalışmasını Rusiyanın regiondan vurulub çıxarılmasına hazırlıq kimi qiymətləndirsələr də, mən belə düşünmürəm. İzah edim niyə, baxın, Makronun Avropa Birliyi adından Ermənistana missiya göndərməkdə və qalma vaxtını uzatmağa çalışmaqda məqsədi nədir? Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etmək. Burada hələlik Rusiyanı narahat edəcək nəsə varmı? Yoxdur. Əksinə sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərərksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması hələlik belə donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edirmi, edir. Ona görə də məni təəccübləndirən Rusiyanın Makronun Paşinyanla cükküldəşməsindən, Ermənistana missiya göndərməsindən çox narahat olmaması yox, Avropa Birliyinin digər üzvlərinin, özəlliklə də Almaniya kimi nəhəngin Fransanın o qurumun maraqlarına necə zərbə vuruğunu görməzdən gəlmələridir. Rəsmi Paris birincisi, İranla eyni oyunu oynayaraq Qafqazda sülhün yaranmasının qarşısını alır, ikincisi isə Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki belədə Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir. Öncə də bu məsələyə toxunmuşdum və bir daha vurğulayıram ki, Azərbaycan qərbin parçalanmasını istəyən gücün təsirlərinə daha çox yatımlı ölkələrin-Serbiya, Bolqarıstan, Yunanıstan və sair kimilərin enerji təhlükəsizliklərində mühüm rol oynamağa çalışmaqla əslində həm də avropalıların Ukraynada baş verənlərə yanaşmada vahid mövqe sərgiləmələrini təmin edir. Makron Fransası isə guya Ermənistana dəstək adı altında Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Rusiyaya bundan böyük xidmət ola bilərmi? Ona görə də əgər haylar düşünürlərsə ki, Fransa Rusiyanı Ermənistandan vurub çıxaracaq və oranı öz forpostuna çevirəcək yanılırlar. Fransanın Ermənistanla "bacı-bacı oyunu” Rusiya üçün təhlükəli həddə çatdığı anda Moskvadakılar işlətməyi sevdikləri bir komanda var, onu səsləndirəcəklər. Ola da bilər ki, həmən söz bəlli səbəblərdən Makronun xoşuna gəlsin, ölkəsinin də gələcəkmi? Deyə bilmərəm, amma Fransa da, başında duranlar da o komandaya tam haqq edirlər.”
"Bu gün Laçının işğaldan azad edildiyi gündür. Hər birimiz bilirik ki, Laçın bizim üçün olduqca önəmli tarixi torpağımızdır. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Artıq Laçında yenidənqurma işlərinə start verilib. Gedişat isə onu göstərir ki, "Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar tezliklə bərpa olunacaq.”
Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib: "Çox təəssüflər olsun ki, o vaxtkı hakimiyyət nümayəndələrinin məsuliyyətsizliyi nəticəsində Laçının işğalı ilə yanaşı erməni barbarları oradakı insanlara, həmvətənlərimizə də divan tutublar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Maraqlıdır ki, işğal dövründə Azərbaycanın beynəlxalq təşkilatlara etdiyi çağırışların demək olar hamısı cavabsız qalmışdı. Halbuki Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu. Ancaq bu əməllər qarşısında sanki dünya susurdu. Ancaq artıq bu torpaqların əsl sahibi geri qayıdıb və biz digər rayonlarımız kimi Laçını da yenidən qururuq. Iki il ərzində burada böyük işlər görülüb. İstər enerji, istər nəqliyyat insfrastrukturu yenidən tikilir. Görülən işlər isə onu deməyə əsas verir ki, soydaşlarımız tezliklə bu rayona da qayıdaraq dədə baba yurdlarında yaşaya biləcəklər”.
Cavid Məhərəmov
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.5
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...