“Bu bizik, o da onlar…” – Elməddin Behbud yazır
Ukrayna Xarici İşlər Nazirliyi qondarma "erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət qurumlarına məktub göndərərək "erməni soyqırımı” ifadəsini işlətməmələrini tapşırıb. Məktubda xüsusi olaraq qeyd olunub ki, Ukrayna "erməni soyqırımı”nı tanımır və Osmanlı İmperiyasının erməni əhalisi ilə bağlı baş verən hadisələr BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi "soyqırım” termini tərifinə daxil edilmir.
Bu rəsmi qadağaya baxmayaraq valideynlərindən biri erməni olan Ukraynanın Daxili işlər naziri Arsen Avakyan vətəndaşı olduğu dövlətin və yüksək eşalonunda təmsil olunduğu hakimiyyətin maraqlarına qarşı açıq şəkildə çıxmaqdan çəkinmədi. Keçmişdəki analoji hərəkətlərini xatırlamasaq belə bugünkü tviti ilə erməniliyin onun üçün hər şeydən üstün olduğunu göstərdi. Bəli, dini, siyasi mənsubiyyətinin yox, milli kimliyinin!
Başını liberalizm və kosmopolitizm küləklərinin "üşütdüyü” bir çox azərbaycanlının müdrik sima alıb bəşəriyyətin müdafiəçisi qismində soyuna, millətinə, vətəninə bağlılığı saxta nəzəriyyələr və çürük fikirlərlə yeri gəldi-gəlmədi tənqid edib millətçiliyi "faşizm”lə eyniləşdirdiyi dövrdə çatışmazlıqlarımızı düşünüb sağlam müzakirələr aparmaqda çox fayda var. Dünyanın siyasi, iqtisadi konfiqurasiyasının yenidən dizayn edildiyi hazırkı dönəmdə bu xüsusilə vacibdir.
Doğrudur, çox sayda yüksək milli şüura malik olan, vətəni üçün hər cür fədəkarlığı edən, sözdə yox əməldə vətənpərvər olan xarici ölkələrin vətəndaşlığını daşıyan soydaşımız, diaspor nümayəndələrmiz də var. Amma Ukraynadakı nazirin davranışındakı israrı (əməllərini və xislətini yox!) nümayiş etdirən nə qədər vəzifəli azərbaycanlı var? Bax bu suala cavab verməkdə çətinlik çəkirəm.
Ermənilərlə bağlı Ukrayna nümunəsi yeganə deyil. Elə isə biz də çönüb özümüzə baxaq… Əhalisinin tən yarısından artığı türk olan, 35 milyon Azərbaycan türkünün yaşadığı və ölkənin isteblişmentinin həlledici kəsimini təşkil etdiyi İranda isə bu gün ermənilər ötən illərdəki kimi olmayan "soyqırımlarını” təntənəli şəkildə qeyd ediblər.
Dövlətin rəsmi İRNA informasiya agentliyi də bu tədbiri soyqırım terminindən istifadə edərək işıqlandırıb. Haqlı olaraq insanda sual yaranır, görəsən bütün islam aləminin mərhəmət və rəhmət ayı olan Ramazana qədəm qoyduğu bir vaxtda İranı idarə edənlərin öz müsəlman qardaşlarının düşmənlərlə birlikdə haqsız yerə etnik soyqırımda suçlanmasına belə "ürəkaçıqlığı” ilə meydan açmağa nə vadar edir?! Nə qədər axtarış aparsam da, fars dilini bilən dostlardan yardım xahiş etsəm də bir azərbaycanlı nazirin, dövlət müşavirinin, ali ruhani dairənin təmsilçisinin bu biabırçılığa kəskin etiraz etdiyinin, vətəndaşı olduqları dövləti quran və bu gün də çiyinləri üzərində saxlayan on milyonlarla Azərbaycan türkünün milli hisslərinin təhqir olunduğu, milli mənafeyinin tapdandığı ilə bağlı hayqırtısını eşitmədim, görmədim, oxumadım. Çoxlarınız kimi mən də özlüyümdə bunun sosial, ictimai, siyasi səbəblərini düşünür, təhlillər aparıram. Amma nəticə dəyişmir. Bu bizik, o da onlar…
7News.Az
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH