Bir kərə yüksələn bayrağımızı heç vaxt enməyə qoymayacağıq! - Xanım Sultanova yazır
Bu gün hər birimizin şərəf və qürur tariximiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ili tamam olur. Hazırda Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 28 May-Respublika Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.
Əlbəttə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, həm də bizim dünya xalqları arasında kimliyimizi müəyyən etmiş oldu. Belə ki, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb. Qeyd edək ki, Şərqdə ilk parlament üsulu ilə idarə olunan milli hökumət öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi lazımınca barrırdı. Qısa ömür sürməsinə baxmaraq bu dönəmdə Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dilimiz dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırıldı, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Burada, Azərbaycanın ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edildi, təhsil sahəsi milliləşdirilib və xalqımızın sonrakı illərdə elmi-mədəni yüksəlişi üçün zəmin hazırlayan sanballı işlər görüldü.
Ancaq təəssüflər olsun ki, 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti xarici hərbi müdaxilələr nəticəsində süquta uğradı. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmaqla, ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir.
Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Bu hökumətin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.
Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc, qürur hissi yaşadır. Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız bu il 28 May-Respublika Gününü ötən illərə nisbətən daha yüksək əhval-ruhiyyədə qeyd edir.
Şübhəsiz ki, qədirbilən xalqımız bu şərəfli və şanlı bayramda canlarını Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda qurban vermiş bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki şəhidlər xalqımızın qəhrəmanlıq rəmzi, qeyrət salnaməsidir. Azərbaycan xalqının Vətən müharibəsində böyük tarixi Qələbə qazanmasında şəhidlərimizin xidməti əvəzolunmazdır. Xalqımızın qəhrəman şəhid övladlarının canı, qanı bahasına, eləcə də igid əsgər və zabitlərimizin cəsarəti, hünəri, mərdliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyü təmin edildi. Vətən müharibəsinin şəhidləri öz adlarını xalqımızın tarixinə əbədi yazdılar. Şəhidlərimizin xatirəsi həmişə bizim üçün əzizdir, ucadır, yüksəkdir.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə şəhid adını uca tutur, onların ailələrinə, eləcə də Vətən müharibəsi iştirakçılarına və bu qəbildən olan bütün vətəndaşlara ali diqqət və qayğı göstərirlər.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. Universitetimizin 3 məzunu – Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları şəhid məzunlarımızın xatirəsini daim əziz tutur. BSU-da şəhidlərimizlə bağlı yaradılmış guşə bu hörmət və ehtiramın əyani sübutudur. Həmin guşədə BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsi Elvin Mirzəyevin atası, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin və Tərcümə fakültəsinin II tədris ili tələbəsi Xanış Sadıqovun atası, şəhid polkovnik-leytenant Yaşar Sadıqovun şəkilləri özünə yer alıb.
103 il əvvəl Şərqdə günəş kimi doğan Azərbaycan Xalq Cümhuriyyətinin hazırda varisi olan müasir Azərbaycanın igid oğul və qızları 44 günlük Vətən müharibəsində olduğu kimi, bir kərə yüksələn üç rəngli şanlı bayrağımızı göz bəbəyi kimi qoruyacaq və onu heç vaxt enməyə qoymayacaq!
BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova
Xəbər lenti
-
13:55“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
-
16:49Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
16:47“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:12Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:45Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
Digər xəbərlər
-
SOSİAL
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
-
SOSİAL
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub