Bakıdakı ATƏT seçki missiyasında qalmaqal - nə baş verir?
06 Fevral 2024, 12:16
06 Fevral
2024
12:16
202
Deputatdan açıqlamalar: "O missiyanın tərkibində seçkilərə obyektiv qiymət verənlər, vermək istəyənlər olacaqsa belə, həmin kəsləri prosesdən dərhal çıxdaş edəcəklər və...”
Azərbaycanda tarixi seçkilərə bir gün qaldı. Həmişəki kimi, səsvermə prosesini, ümumiyyətlə, seçki prosesini əvvəldən axıradək beynəlxalq təşkilatlardan olan missiyalar da müşahidə edir.
Bu arada ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühitinin, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikaların yaşandığı barədə ilginc məlumat yayılıb (Axar.az). Bildirilir ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir. Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır.
Bəllidir ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa "missiya” tapşırılıb. Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: qeyd edilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu "polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi” adı altında hesabata daxil etmək və bunu "dünyaya car çəkmək” planlaşdırılır.
Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn, tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bugünlərdə təhqir olunub və alçaldılıb, ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar.
Məlumdur ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub.
Maraqlıdır: belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək? Davalar, qarşıdurmalar, etik qaydaların kobud pozulması, daxili qaydalara riayət etməmə, yerli insanlara qarşı alçaldıcı münasibət bir tərəfdən, amerikalılardan ibarət bir qrupun dominantlığı və hamını təzyiq altında saxlaması, əvvəlcədən hazırlanmış ssenari, hesabat, öyrədilmiş müşahidəçilər də digər tərəfdən.
Bədniyyətli çevrələrin bu dəfə seçki pozuntuları adı ilə ölkəmizə qara yaxmaq, şərləmək planı niyyəti baş tutacaqmı?
Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri prosesin lap əvvəlində siyasi partiya rəhbərləri ilə Milli Məclisdə görüş keçiriblər və həmin görüşlə bağlı şəxsi qənaət formalışıb: "Şəxsi qənaətim budur: Onlar dinləmirdilər, sadəcə danışırdılar. Onlar üçün prosesin mahiyyəti, əsl gedişatı qətiyyən maraqlı deyil və bu səbəbdən də nəticə barədə missiyanın obyektiv fikir söyləyəcəyi indidən şübhə doğurur. Nəhayət, missiya üzvləri məlum görüşdə özlərini elə aparırdılar, guya hər şeyi bilirlər və bizimlə də yalnız nəyisə dəqiqləşdirməyə gəliblər.
Bir daha təkrar edirəm, bu mənim şəxsi fikrimdir. Amma həmin fikir də göydən, havadan formalaşmayıb. Səbəblidir. Təsəvvür edin, hələ namizədliyin şifahi formada elan edilməsi mərhələsində bunlar bizdən soruşurdular ki, namizədlərin insanlarla görüşünə, təmasına maneçilik törədilirmi? Dedim, şifahi namizədlik bilirsinizmi nədir? Hələ sadəcə arzu. Bunu reallaşdırmaq üçün isə imzalar toplanmalıdır, onların həqiqiliyi yoxlanılmalıdır, qərar verilməlidir, namizədlik təsdiq edilməlidir və yalnız bundan sonra sizin sualınıza cavab vermək mümkündür. Yəni demək istəyirəm ki, bunların hər sözündə sanki bir provokasiya, ironiya, qabaqdangəlmişlik, hirs və müştəbehlik vardı. Tam dəqiq desəm: Ən azından məndə bu təəssüratı yaratdılar və fəaliyyətləri ilə bağlı nikbin düşünməm üçün "əlyeri” qoymadılar".
Deputat hesab edir ki, o missiyanın tərkibində seçkilərə obyektiv qiymət verənlər, vermək istəyənlər olacaqsa belə, həmin kəsləri prosesdən dərhal çıxdaş edəcəklər, verdikləri rəyləri nəzərə almayacaqlar, üzərlərinə "səlib yürüşü” təşkil edəcəklər. Artıq indidən müşahidəçilərin aralarında qalmaqalar, gərginliklər yaşandığı barədə yayılan xəbərlər də bunu təsdiqləyir: "İlkin görüntü budur. Çünki məqsəd və məram artıq hiss olunur. Bunların seçki ilə bağlı bəyanatları çox güman ki, ən az 2 ay bundan öncə hazırlanıb.
Hər halda, gözləyək. Düşüncəm hazırkı vəziyyətdə budur və həmin düşüncələrlə bağlı yanılsam, ATƏT-in seçki müşahidəçilərinin timsalında ədalətli və obyektiv mövqe görsəm, buna ancaq sevinərəm".
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat