Azərbaycan öz sülhpərvər siyasətinə daim sadiq qalıb - Deputat

Azərbaycan öz sülhpərvər siyasətinə daim sadiq qalıb - Deputat
Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı Komissiyanın reqlamentinin təsdiqi sülh müqaviləsinin tezliklə imzalanması istiqamətində ümidləri artırır və nikbin təəssürat yaradır. Çünki məlum reqlament özündə bir çox ciddi məsələləri, eyni zamanda konkret prosedur qaydaları ehtiva edir.

Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək yerinə düşər ki, sülh prosesində Azərbaycanın təşəbbüskar rolu həqiqətən yüksək qiymətləndirilməlidir.

"Zatən bölgədə sabit və stabil mühitin bərqərar olması ilə bağlı istiqamət bizim xarici siyasətimizin hər zaman əsas prioriteti kimi vurğulanıb və Azərbaycan öz sülhpərvər siyasətinə daim sadiq qalıb. Məlum reqlamentin təsdiqi də həmin qəbildəndir və yürüdülən siyasətin növbəti nümunəsidir.

Təbii ki, proses mərhələ-mərhələ getməli və ilk addımlar atılmalıdır ki, nəticə hasil olsun. Azərbaycan tərəfi bu kontekstdə öz üzərinə düşən bütün öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Qarşı tərəf də sona qədər adekvat davransa və üzərinə düşən öhdəlikləri yerinə yetirsə o zaman hesab edirəm ki, uğurlu və arzuolunan nəticəyə çatmaq çox tezliklə mümkün olacaq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edib.

Xəbər lenti