Azərbaycan QHT-ləri Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi heyəti və erməni separatçılarının iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım törədildi. 7000-dən çox əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Erməni separatçıları dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan istifadə edərək XX-əsrin ən faciəli qətliamlarından birini törətdilər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ermənistanın münaqişə, müharibə zamanı mülki insanlara qarşı vəhşiliyi bütün tarixi dövrlərdə onların dövlətinin əsas siyasəti olmuşdur. Ermənistan istər 1988-1994-cü illərdə, istərsə də 2020-ci il Vətən mübaribəsi zamanı mülki əhaliyə qarşı ağır cinayətlər törədib. 44 günlük Vətən mübaribəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazilərdən yüz kilometr aralıda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və s. yaşayış məntəqələri Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombalanmışdır. Bu müharibə cinayətləri nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılıb.
Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı patoloji nifrəti 30 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də özünü biruzə verib. Belə ki, 30 il ərzində işğal edilmiş bütün ərazilərdə Azərbaycana aid tarixi, mədəni, dini və s. abidələr məhv edilmiş, ekoloji terror törədilib.
Biz bilirik ki, 30 ildir Xocalı soyqırımının beynəlxalq səviyyədə tanındılması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu müddət ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası keçirilib və Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılıb. Nəticə etibarilə 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Görülən bütün işlərə, beynəlxalq təzyiqlərə baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.
Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq inanırıq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan canilər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar törətdikləri bu soyqırımı hadisəsinə görə layiqli cəzalarını alacaqlar".
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib