Aqil Ələsgər Türkiyə mediasına "TEKNOFEST Azərbaycan" və QHT Forumunu şərh etdi - FOTO
31 May 2022, 17:35
31 May
2022
17:35
581
"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu və "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ilə bağlı açıqlaması qardaş ölkənin mötəbər xəbər portallarında dərc edilib.
Aqil Ələsgər "Haber7”, "Yeni Akit”, "Timeturk.com.tr” və digər xəbər saytlarında yayımlanan açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərindən danışıb, hər iki ölkənin yüksək vəzifəli şəxslərinin və dövlət rəhbərlərinin qarşılıqlı ziyarətlərinin, çıxışlarda səsləndirilən fikirlərin dünyaya bir mesaj olduğunu söyləyib.
"Azərbaycanla Türkiyə arasında münasibətlərin xüsusilə son dövrlərdə dərinləşdirilməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük məmnunluqla bəhs etdiyimiz məsələdir. Qardaş ölkələrimiz arasındakı münasibətlərin indiki səviyyəsi, həqiqətən də, "Bir millət, iki dövlət” prinsipinin ruhuna tamamilə uyğundur”, – deyən Aqil Ələsgər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb:
"Çox əlamətdardır ki, dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın böyüməsi üçün mövcud potensialı maksimum dəyərləndirirlər. Mütləq qeyd olunmalıdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində həm də Türkiyənin siyasi-mənəvi dəstəyi sayəsində əldə etdiyi böyük Zəfər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb və bunlardan səmərəli şəkildə istifadə olunmaqdadır. O baxımdan, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında yaxından iştirak etmələri xüsusi vurğulanmalıdır”.
"Azərbaycanla Türkiyə arasında əməkdaşlığın iki ölkənin media və QHT sektoruna da geniş surətdə yayılması günümüzün müsbət reallığıdır. Bakıda bu il mayın 19-da təşkil olunan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu sektorda işbirliyinin genişlənməsinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Əlbəttə, iki qardaş ölkənin mediası ilə QHT sektoru arasında əməkdaşlığın dərinləşməsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun göstərdiyi mühüm səylər özəlliklə qeyd olunmalıdır. Hörmətli Hacıyevlə Altunun bu prosesə verdikləri töhfə iki ölkənin media ilə ictimai sektor təmsilçilərinin daha da yaxınlaşmasına, onların əməkdaşlıq imkanlarını qiymətləndirmələrinə, bu istiqamətdə əməli addımlar atmalarına mühüm təkan verməkdədir”, – deyə Media Qrup rəhbəri qeyd edib.
Aqil Ələsgər rəhbəri olduğu "Yeni Çağ” Media Qrupunun Türkiyə mediası və QHT-ləri ilə sıx əməkdaşlıq etdiyini bildirərək bunları deyib:
"Bunun nəticəsi olaraq çox sayda birgə layihələr həyata keçirilib. Bu sırada "Yeni Çağ”la Türkiyə Anadolu Yayımçılar Dərnəyi, onun rəhbəri Sinan Burhanla əməkdaşlığımızı, birgə layihələr gerçəkləşdirdiyimizi məmnunluqla diqqətə çatdırıram. İnanıram ki, bu istiqamətdə görülən tədbirlər nəticəsində Azərbaycan-Türkiyə əməkdaşlığının digər sahələrində yetişdiyimiz səviyyəyə media ilə QHT sektorundakı işbirliyində də yetişəcəyik.
Hər iki ölkə liderinin "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında bir araya gələrək buradan dünyaya ötürdükləri mesajlar bizim bu inancımızı daha da qüvvətləndirir”.
Qeyd edək ki, Aqil Ələsgər mütəmadi olaraq Türkiyə və Azərbaycan münasibətləri, birgə həyata keçirilə biləcək layihələr, əməkdaşlığa töhfə verə biləcək istiqamətlərlə bağlı qardaş ölkənin çoxsaylı oxucu kütləsi olan prestijli xəbər saytları və internet portallarında açıqlama və məqalələrlə çıxış edir.
Xəbər lenti
-
16:13Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edib
-
13:55“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
-
16:49Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
16:47“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:12Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:45Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
20 May 2024
19 May 2024
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edib
-
SOSİAL
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
-
SOSİAL
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir