7NEWS.az saytı Fəxri Fərmanla təltif edildi – FOTO

7NEWS.az saytı Fəxri Fərmanla təltif edildi – FOTO

Azərbaycanda memarlıq, dizayn və tikinti sahəsində peşəkar şirkət olaraq fəaliyyət göstərən, uğurlu layihələrə müəlliflik edən "HH Design Archstudio” MMC onlara media dəstəyi verən 7NEWS.az informasiya portalını Fəxri Fərmanla təltif edib. Fəxri Fərmanı saytın rəhbəri Səbuhi Abbasova "HH Design Archstudio” MMC-nin təsisçiləri Qabil Hüseynli və Habil Hüseynli qardaşları təqdim ediblər.

Məlumat üçün qeyd edək ki, 7NEWS.az internet xəbər portalı 2014-cü ilin may ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur. XEBER1 MMC nəzdində fəaliyyət göstərən www.7news.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər iki dildə oxuculara çatdırılır.

Xəbər lenti