“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Dekabr 2023, 17:39
18 Dekabr
2023
17:39
172
Bu həftə ABŞ-da ÜDM, Avrozonada və İngiltərədə inflyasiya göstəriciləri birjalara yön verəcək.
"InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB) və İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı və monetar siyasətlərinin gələcəyinə dair verdikləri açıqlamalar sonrası dolların major valyutalar qarşısında ucuzlaşdığının şahidi oluruq.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.80 bəndə qədər gerilədikdən sonra, həftənin son ticarət günündə Amerikada proqnozların üzərində, İngiltərə və Avrozonada isə ehtimal olunandan daha zəif açıqlanan Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərindən sonra bir qədər yüksəlməyi bacardı. Və DXY həftəlik şamını 102.60 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər. Qeyd edək ki, cari həftə ərzində ABŞ-da açıqlanacaq bir sıra önəmli iqtsadi göstəricilər dolların gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Belə ki, bu həftənin cümə axşamı və cümə günləri Amerikada dərc olunacaq ÜDM-in həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Şəxsi Xərclər İndeksi, mənzil bazarında satışlarla bağlı bir sıra önəmli göstəricilər birjalara yön verə bilər.
İnvestorlar, cümə günü FED-in üstünlük verdiyi əsas inflyasiya göstəricilərindən olan Şəxsi İstehlak Xərcləri İndeksinin (PCE) açıqlanması ilə bu ilki inflyasiya ilə bağlı ən son yeniləməni alacaqlar.
İqtisadçılar, PCE qiymət indeksinin noyabr ayında ardıcıl ikinci ayda da sabit qalacağını ehtimal edirlər. Lakin Şəxsi İstehlak Xərclərinin Baza İndeksinin isə 0.2% artdığı düşünülür.
Bundan əlavə, "Conference Board” İstehlakçı İnamı İndeksi, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı və Uzunmüddətli İsti fadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişləri ilə bağlı məlumatlar açıqlanacaq və mənzil bazarında satışlarla bağlı yeniləmələrlə yeni və mövcud ev satışları haqqında hesabatlar yayımlanacaq.
Yaponiya Mərkəzi Bankının (BoJ) qarşıdakı aylarda mənfi faiz dərəcələrinə son verə biləcəyi ilə bağlı ehtimallar artır. Bu, investorların FED və digər böyük Mərkəzi bankların faiz dərəcələrini nə vaxt aşağı salmağa başlayacağını gözlədiyi bir vaxtda yenidən Yaponiya Mərkəzi Bankını ümumi tendensiyadan kənarda qoyur.
Çərşənbə axşamı BoJ-un iclasında heç bir dəyişiklik gözlənilmir, lakin investorlar bankın yanvar iclasında dəyişiklik edib-etməyəcəyinə dair ipuçları əldə etmək üçün faiz dərəcəsi bəyanatını diqqətdə saxlayacaqlar.
Bu vəziyyət və FED-in "göyərçin” tendensiyası iyul ayından bəri ilk dəfə Yapon yenini bir dollar üçün 141¥-dən yuxarı qaldırdı.
BoJ sədri Kazuo Ueda keçən həftə Mərkəzi bankın ilin sonu və 2024-cü ilin əvvəlində "daha da çətin" vəziyyətlə üzləşdiyini söylədi. Spekulyantların faiz siyasətində dəyişikliyinin qaçınılmaz olacağına dair ehtimalları artırdıqca bu amil, Yapon yenini daha da gücləndirir.
Ötən həftəyə 146.89¥ həddində start verən USDJPY məzənnəsi həftə ərzində 146.58¥ hədlərinə qədər bahalaşdıqdan sonra, burada "ayılar”ın müqavimətilə qarşılaşaraq kəskin ucuzlaşdı və həftəni 142.16¥ səviyyəsində başa vurdu. Paritetin həftə ərzində gördüyü minimum səviyyə isə 140.96¥ olub. Təhlillərə əsasən "ayılar” qiyməti 145¥ səviyyəsinin altında saxladıqları müddətcə, cütlükdə eniş tendensiyası davam edə bilər.
İnvestorlar birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerika ilə yanaşı, Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ), Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ), İngiltərədə həm CPİ, həm də PPİ, eləcə də ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin Yaponiyada və Kanadada İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəriciləri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında ciddi bahalaşmasına səbəb oldu.
Bu həftə çərşənbə axşamı Avrozonada İstehlak Qiymətləri İndeksi, çərşənbə günü Almaniyada İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi rəqəmlər diqqətlə izləniləcək.
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Ötən həftəyə 1.2520 səviyyəsində start verən GBPUSD məzənnəsi həftə ərzində 1.2793 həddini test etdikdən sonra bir qədər gerilədi və həftəlik şamını 1.2670 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.
NEFT
FED-in mümkün faiz endirimlərinin ABŞ-da tələbi artıracağına dair optimizm və Beynəlxalq Enerji Agentliyinin (IEA) müsbət proqnozu fonunda neft qiymətləri ötən həftənin son ticarət günündə yüksələrək son iki ay ərzində ilk dəfə həftəlik şamını artımla tamamladı.
"WTI” 0.7% artaraq 71.80$, "Brent” markalı neft isə 0.6% bahalaşaraq 77$ səviyyəsində həftəlik şamlarını bağladılar.
"Qara qızıl” (Brent) hazırda enerji birjalarında 77$-dan təklif olunur. Analitiklərin proqnozlarına əsasən "Buğalar” qiyməti 78$ həddinin üzərinə qaytara və burada möhkəmləndirə bilsələr, neft 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir.
78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent” neft 80$ və 82$-a kimi bahalaşa bilər.
XAUUSD
Dolların zəifləməsi və 2024-cü ildə faiz dərəcəsinin azaldılması ehtimallarının artması ilə qızıl 2020-ci ildən bəri ilk dəfə ili artımla tamamlamaq yolunda inamla addımlayır.
Çünki aşağı faiz dərəcələri külçə qızıl saxlamağın cazibəsini artırır.
ABŞ-ın 10 illik istiqraz gəlirləri 2022-ci ilin əvvəlindən davamlı olaraq artsa da, onlar yalnız iyun ayında müsbətə çevrilərək qızılı rekord səviyyələrdən geri çəkdi. İstiqraz gəlirlərinin səkkiz ilin ən yüksək səviyyəsinə çatması belə, qızılın 2000$-dan yuxarı qalxmasına mane olmadı. Bununla belə, qiymət 1980-ci ildə görünən 2500$-dan (bütün zamanların ən yüksək göstəricisi) hələ də 20% uzaqdır.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənlik artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!