Təhlükəsizlik Şurası katibinin müavinindən sensasion Qarabağ bəyanatı
10 İyun 2022, 11:14
10 İyun
2022
11:14
589
Rusiya münaqişənin alovlanmasında və müharibəyə keçməsində ciddi rolu olduğunu üzərindən atmağa çalışır?
"Qarabağ münaqişəsi Vaşinqtona sərfəli idi”. Bunu "Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev deyib. Onun sözlərinə görə, bu münaqişə çoxdan, sovet dövründən formalaşıb.
"Və bu, qonşu ölkələrin davamlı həyatına xələl gətirən münaqişələrin qızışdırılmasında maraqlı olan Vaşinqton üçün çox faydalı idi. Bu məsələnin həllində Rusiyadan başqa heç kim maraqlı deyildi. Moskva vasitəsilə Azərbaycan və Ermənistan atəşi tamamilə dayandırmaq, əsirləri və ölənlərin cəsədlərini dəyişdirmək barədə razılığa gəliblər. Bundan əlavə, təmas xətti boyunca Rusiya sülhməramlıları da yerləşdirilib. Beləliklə, Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunmasında uğurlu vasitəçilikdən sonra Moskva Cənubi Qafqazda sülhməramlı mövcudluğunu gücləndirdi. Bu gün Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına şərait yaratmaq üçün fəal işləyir”, - deyə Nurqaliyev qeyd edib.
Rusiya Təhlükəsizlik Şurası katibi müavininin bəyanatında həqiqət yükü nə qədərdir? SSRİ-nın dağılmasında əsas faktorlardan biri olan Qarabağ münaqişəsinin alovlanmasında ABŞ-ın doğrudan heç bir rolu yox idimi? Qarabağ hadisələrinin arxasında əvvəldən də Qərbdəki erməni lobbisinin dəstəyi böyük idi, Nurqaliyev bunlarımı nəzərdə tutur? Yoxsa Rusiya münaqişənin alovlanmasında və müharibəyə keçməsində ciddi rolu olduğunu üzərindən atmağa çalışır?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycanın öz gücünə nəticələr əldə etməsinə daha çox işarə vurdu: "Bilirsiniz, Qarabağ mövzusu ilə bağlı və xüsusən də sülh danışıqlarına yönəlik həlledici mərhələdə kənar dövlətlərin bir-birini ittiham etməsi, ya da birinin digərinə irad formasında fikir bildirməsi bəlkə də kənardan qeyri-adi, əlahiddə hal kimi görünməyə bilər. Ələlxüsus da geosiyasi, regional maraqlar kontekstində. Üstəlik, Nurqaliyevin ifadələrində həqiqət payının olub-olmaması ilə də bağlı geniş müzakirə açmaq mümkündür. Amma məsələ burasındadır ki, 30 il boyunca hər iki dövlət münaqişənin son etapa - müharibə fazasına girməməsi üçün imkan və rıçaqlara sahib idilər. Ən azından BMT qətnamələri orada idi, ATƏT-in Minsk Qrupunda ümumi təmsilçilik var idi və sair. Nəsə edildimi? Daha dəqiqi, nəsə təsirli bir addım atıldımı? Atılmadı. Nə beynəlxalq hüququn səsi eşidildi, nə də diplomatiyanın əsas məramı nəzərə alındı. Əksinə, hər şey görməzdən keçildi və nəhayətində Azərbaycan dövləti BMT-nin qətnamələrini də, Minsk Qrupunun funksiyalarını da özü təkbaşına icra etməyə məcbur qaldı. Bu söylədiklərim və ümumi gedişat isə onun göstəricisidir ki, Qarabağ münaqişəsinin həllində və torpaqların işğaldan azad edilməsində Azərbaycanın özündən savayı eynən bizim kimi, sadəcə, Türkiyə maraqlı olub. Bəli, bəlkə də hansısa məqamda kənar dövlətlərin epizodik rolunu qeyd etmək olar. Amma bir daha altını çizərək qeyd etmək istəyirəm: Qlobal sferada və anlamda bütün yük öz üzərimizə düşdü, nəticəni özümüz öz gücümüzə əldə etdik və uğura doğru getdiyimiz yolda əsasən Türkiyə dövlətinin, eyni zamanda pakistanlı qardaşlarımızın verdiyi siyasi və mənəvi dəstək bizlər üçün olduqca əhəmiyyətli və dəyərli idi.
İndiki mərhələdə isə düşünürəm ki, kənar dövlətlərin əsas funksiyası bir-birini ittiham etmək yox, daha çox ümumi işə, sülh müqaviləsinin tezləşməsinə, regionda sülhün tamamən və sabit formada təşəkkül tapmasına yardım etmək olmalıdır. Yəni həqiqətən sülh və sabitliyə töhfə vermək istəyirsənsə, buyur, hələ gec deyil. Fürsət və imkan hər zaman var".
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hər iki tərəfin maraqlarını təmin etmək istəyinin davam etdiyini qeyd etdi: "Qarabağ münaqişəsinin başlamasına erməni tərəfi 80-ci illərin əvvəllərindən hazırlıq işləri görmüşdü. Yəni yalnız SSRİ rəhbərliyində təmsil olunan ermənilərlə bağlı deyildi. Çünki bütövlükdə silahlanma və maliyyə bazasını, o cümlədən ideoloji bazanı Qərb dairələri hazırlamışdı. Hazırkı ABŞ prezidenti Co Baydenin də yer aldığı siyasi düşərgənin iştirakı ilə SSRİ-də milli və etnik münaqişə ocaqlarının, o cümlədən Qarabağda münaqişənin yaradılması üçün ciddi hazırlıqlar həyata keçirmişdilər. Bundan sonrakı dönəmdə həm ABŞ, həm də Rusiya Qarabağ məsələsində 30 il ərzində öz maraqlarını güdərək siyasət həyata keçirdilər. Onların maraqlarını Azərbaycan uzlaşdırmaq məcburiyyətində qalmışdı, yəni ATƏT Minsk Qrupunun yaradılmasına öz növbəsində icazə verməyə məcbur olmuşdu. Baxın, bu məsələ göstərir ki, Qafqazla bağlı həm Rusiya, həm də ABŞ-ın münaqişədən istifadə edərək öz maraqlarını təmin etmək məqsədləri olub. Sadəcə, bu münaqişənin üzərində monopoliya məsələsi meydana çıxdı, xüsusilə 2001-ci il hadisələrindən, yəni Rusiyanın burada güclənməsindən və artıq münaqişələrdən onun əleyhinə istifadə edilməsi layihəsi ilə tanış olandan sonra dövlətlərlə birbaşa təmasa girmək siyasətinə üstünlük verdi. Əlbəttə, İkinci Qarabağ savaşında münaqişənin həlli üçün Rusiya müəyyən qədər rol oynadı. Bu, danışıqlar prosesində, formatın müəyyən edilməsində, sülhməramlıların yerləşdirilməsində özünü göstərdi. Bir mənada münaqişədən digər dövlətlərin istifadə etməsinin qarşısını aldı. Müharibədən tərəflərin istifadə etməsi həqiqətdir. 30 il ərzində münaqişənin həllində maraqlı olmadıqlarını açıq şəkildə gördük. Müharibədən sonra proseslərə nəzarət etmək üçün tərəflər yenə də diplomatik savaş aparır”.
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bu fikirlərin yalan olduğunu söylədi: "Rusiya rəsmisi bu qeydləri əsasən ABŞ və Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında normallaşma prosesində fəallığının artmasi fonunda qeyd edir. İlk növbədə, Nurqaliyev tarixi təhrif edir və Rusiyanın heç bir rolunun olmadığını vurğulayır. ABŞ prosesdə rol oynamayıb və konkret olaraq prosesi Rusiya körükləyib. Sadəcə, ABŞ-da erməni lobbisi rol oynayıb və keçmiş SSRİ rəhbəri M. Qorbaçova maliyyə dəstəyi veriblər. Qeyd edim ki, 30 il ərzində Rusiya konfliktin davam etməsində maraqlı olub. Məhz 2020-ci il müharibəsində, sadəcə, geosiyasi şərtlərlə barışmaq məcburiyyətində qaldı. Hazırda da Rusiya Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane olur. Əldə olunan razılaşmaların yerinə yetirilməməsi üçün Ermənistana təzyiq edir. Bu gün Kreml Brüsselin vasitəçiliyinə qarşıdır və bu müsahibədə guya Avropa İttifaqı münaqişənin davam etməsində rol oynayır kimi görüntü yaratma cəhdləri var. Əvəzində Rusiya sülhə dəstək verir kimi cəfəng fikirlər irəli sürür. Biz fikir versək görürük ki, Brüsseldə əldə edilən razılaşmalar Paşinyan Moskvaya çağırılanda pozulur. Ona görə də Rəşid Nurqaliyevin bu açıqlaması Rusiyanı sülh göyərçini kimi göstərmək, və Qərbi isə münaqişə yaradan tərəf kimi təqdim etmək məqsədi daşıyır. Azərbaycan xalqı bütün reallıqları yaxşı bilir və onun dedikləri yalan maşınıdır”./"Yeni Müsavat”
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI