“Seminarlarda dövlətin müasir media haqda vizionu izah edilir”
Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə "Mediada islahatlara doğru” mövzusunda seminarlar keçirilir.
Media rəhbərləri və menecerləri üçün nəzərdə tutulan seminarlar həm onlayn, həm çap, həm də audiovizual medianı əhatə edir. İkinci həftədir keçirilən seminarlar fərqli formatına görə artıq mətbuat nümayəndələrinin marağına və müzakirələrə səbəb olub. Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli "Qafqazinfo”ya bildirib ki, seminarlarda biliklərin mübadiləsi ilə yanaşı, Azərbaycan media menecerləri müasir tendensiyaların iştirakçısı və yaradıcı olan adamlarla ünsiyyətdə olurlar:
"Seminarların məqsədi media islahatları, onun konseptual tərəfləri ilə bağlı jurnalistləri, xüsusən də media rəhbərlərini məlumatlandırmaqdır. Eyni zamanda həm onlayn, həm çap, həm də audiovizual media subyektlərində davam edən beynəlxalq tendensiya, müasir çağırışlar, trendlərlə bağlı məlumat verməkdən ibarətdir. Seminarlarda ən azı konturlar müəyyən edilir ki, Azərbaycan dövləti öz mediasını necə görmək istəyir və media da öz işini bu yönümdə qurmalıdır. Həmçinin burada islahatların məzmunu ilə bağlı məlumat verilir. Bir növ, Azərbaycan dövlətinin müasir media haqqında vizionu izah edilir. Seminarlarda "Media haqqında” qanunla bağlı kifayət qədər ciddi müzakirələr həyata keçirilib. Seminarların sonunda başa çatdırmış şəxslərə sertifikatlar təqdim olunacaq”.
N. Məmmədli bildirib ki, birinci həftədə "Media haqqında” qanun layihəsi müzakirə olunub. Agentliyin icraçı direktoru Əhməd İsmayılovun təqdimatında qanunun bütün aspektləri izah edilib və media rəhbərlərinin sualları cavablandırılıb: "Bu seminar platformasından istifadə edilərək media haqqında qanunun media camiəsində ictimai müzakirələrinin əsası qoyulub. Bundan sonra "ADA” Universiteti ekspertlərinin iştirakı ilə müasir çağırışlar və medianın qarşısında duran vəzifələrlə bağlı təlimlər keçirilib. Hazırda seminarların ikinci həftəsini başlamışıq. "Əl Cəzirə”dən dəvət edilmiş beynəlxalq ekspertlərin mühazirələri dinləniləcək”.
N. Məmmədli qeyd edib ki, seminarda iştirak edən auditoriya kifayət qədər səviyyəli və təcrübəli şəxslərdən ibarətdir. Bu seminarlar bir nəfərin çıxışını dinləmək formatında deyil, qarşılıqlı biliklərin mübadiləsi formasında həyata keçirilir: "Azərbaycanın media menecerləri müzakirələrdə kifayət qədər fəal iştirak edirlər. Xarici ekspertlər özləri də bu təlimlərdən Azərbaycan təcrübəsi timsalında çox şey öyrəndiklərini qeyd edirlər. Növbəti həftə "Haber Global”dan ekspertlərimiz gələcək və daha çox veb-jurnalistika istiqamətində fikir mübadiləsi aparılacaq. Media gender məsələlərindən tutmuş jurnalistin peşə davranış qaydaları, hazırda jurnalistika üçün təhdidlər, müasir çağırışlar və bütün aspektəlr əhatə olunur”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, informasiya texnologiyaları inkişaf edir, medianın forması, strukturu dəyişir, amma jurnalist işinin mahiyyəti dəyişmir. Bu mənada bu ətrafda müzakirələrinin aparılması lazımlı və vacibdir: "Bu seminarlar keçiriləndə mən özüm bir az skeptik yanaşdım. Amma mənim demək olar ki, seminarda iştirakımın ilk günündə bu şübhələr yox oldu. Seminarın ilk günü hər 3 qrupda media qanunu müzakirəsilə bağlı Əhməd İsmayılovun çıxışı dinlənilib və onun ətrafında polemikalar olub. Sonra isə ötən həftə "ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın jurnalistikanın problemləri ilə bağlı müzakirələrini dinlədik. Bunlar çox maraqlı və zəngin məlumatlarla dolu müzakirələr idi və mən elə onda qərar verdim ki, növbəti seminarlarda da mütləq iştirak edim. Dünən və bu gün "Əl Cəzirə”dən Rəsul Sərdar Ataşla müzakirələr etdik, xəbər şöbəsinin səmərəli idarəetməsi, gündəmi necə qurmaq məsələlərilə bağlı müzakirələr çox maraqlı oldu və özümə yaxın bir sıra məqamlar hiss elədim. Mənim şübhəli baxdığım bu seminarlar mənim üçün sürpriz oldu”.
"Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev seminarların təşkilini çox yüksək qiymətləndirib: "Mənim xüsusi diqqətimi cəlb edən media haqqında yeni qanun layihəsinin açıq müzakirəsidir. Agentliyin icraçı direktoru Əhməd İsmayılov bir daha nümayiş etdirdi ki, bütün təkliflərə adekvat yanaşırlar və hər bir səsləndirilən təklifin üzərində xeyli müzakirələr aparılır. Güman edirəm ki, bu müzakirələrdən sonra biz təkmil qanun layihəsinə sahib olacağıq. Eyni zamanda, orada səsləndirilən fikirlər yanaşmalar hər birimiz üçün maraqlı oldu. Hər birimizin bildiyimiz həqiqətləri yenidən saf-çürük etməli olduq. Düşünürəm ki, bu kimi tədbirlər ümumilikdə mediamızın inkişafında öz rolunu oynayacaq. Gələcək perspektivdə jurnalistlər üçün ayrıca, redaktorlar üçün ayrıca keçirilməsi məqsədəuyğun olardı”.
Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici mütəxəssislər öz təcrübələrini bölüşəcəklər.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib