Jurnalistlər təşkilatlandı: “Ev almaq haqqımızdır!”
28 İyul 2021, 09:49
28 İyul
2021
09:49
822
Məlum olduğu kimi, bu günlərdə bir qrup media və QHT nümayəndəsi Prezident İlham Əliyevə müraciət edərək jurnalistlər üçün inşa edilmiş və artıq istismara hazır olan üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif ediblər.
Buna qarşılıq olaraq yüzdən artıq jurnalist təşkilatlanaraq Prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, ölkə mediasında həqiqətən də mənzilə kəskin ehtiyacı olan xeyli jurnalist var. Həmin jurnalistlərin illərdir Prezidentin və dövlətin humanistliyindən yararlanmağı gözlədiyi də müraciətdə qeyd edilib. Jurnalistlər "Ev almaq haqqımızdıq!” qrupunda birləşərək mübarizələrini davam etdirməyi qərara alıblar. Qrup bu gün bəyanat yayıb. Bəyanatda qeyd edilir:
Birinci müraciətə imza atan 38 nəfərdən 11 mətbuat nümayəndəsinin nəinki paytaxtın ayrı-ayrı yerlərində şəxsi mənzilləri, villaları var, üstəlik, dövlət büdcəsi hesabına jurnalistlər üçün inşa edilmiş I və II binada 3 və 4 otaqlı mənzillər alıblar. Onların əksəriyyəti ya həmin mənzilləri satmış, ya da ki, ayrı-ayrı şəxslərə kirayəyə verməkdədirlər.
Sözügedən müraciət uzun illərdən bəri mətbuatda çalışan, lakin aldıqları maaşla öz mənzil şəraitlərini yaxşılaşdıra bilməyən böyük jurnalist ordusu tərəfindən ciddi etirazla qarşılanmış, sosial şəbəkə və internet televiziyalarının qızğın müzakirə mövzusuna çevrilmişdir.
Həmin müraciətə etiraz edən jurnalistlər sosial şəbəkədə "Ev almaq haqqımızdır!” təşəbbüs qrupu yaradaraq,artıq onu hərəkata çevirməkdədirlər.
Məqsəd isə kimlərinsə təhriki ilə başladılan təhlükəli planın – Azərbaycan Prezidenti İlham Əliyevə qarşı başladılan bu təxribatın qarşısını almaq, dövlətçiliyi müdafiə etmək, jurnalistlərlə şəhid ailələri və qazilər arasında nifaq salmağa çalışanlara layiqli cavab verməkdir.
Yarandığı ilk gündən qısa müddət keçməsinə baxmayaraq, 150-dən artıq jurnalist bu qrupa daxil olaraq dövlətçiliyin və Prezidentin yanında olduqlarını ifadə etmiş, dövlət başçısına müraciət imzalamışlar.
İyulun 26-da "Ev almaq haqqımızdır! jurnalistlərin təşəbbüs qrupunun ilk içlası keçirilib. İclasda dövlətçilik əleyhinə yönəlmiş belə təxribatların qarşısının alınmasında qüvvələri səfərbər etmək, eləcə də jurnalistlərlə əlaqələri koordinasiya etmək məqsədil ilə 5 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:
1. Mətanət Əsgərqızı (Cəfərova) – müstəqil jurnalist, "Yeni Zaman” TV-nin rəhbəri
2. Ləman Ələşrəfqızı – əməkdar jurnalist, LAF TV
3. Səlim Balayev – "Yeniavropa.az” saytı, şef-redaktor, I Qarabağ müharibəsi veteranı
4. Elvin Basqallı – "Space” TV, aparıcı
5. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru
İşçi Qrupu fəaliyyəti ərzində sosial şəbəkələrdə aktivlik nümayiş etdirək jurnalistləri belə təxribatçı hərəkətlərə qarşı səfərbər edəcək, dövlətçiliyi müdafiə edərək media nümayəndələrini Prezident İlham Əliyevin ətrafında sıx birliyə səsləyəcək.
Eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan KİV nümayəndələri tərəfindən "Ev almaq haqqımızdır!” jurnalistlər qrupuna daxil olan müraciətlərə baxacaq, onları sistemləşdirəcək, jurnalistlərin yaşadıqları ünvanlara gedəcək, ailə vəziyyəti və faktiki mənzil şəraiti ilə yaxından tanış olacaq. Bütün bu araşdırmalardan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulan jurnalistlərin yekun siyahısını tərtib edəcək. Hazırlanacaq siyahıda jurnalistin yaşı, iş stajı, ailə üzvlərinin sayı, onların yaş həddi və mənzilin sahəsi qeyd olunacaq. Daha sonra həmin siyahı "Ev almaq haqqımızdır!” jurnalistlərin vatsap qrupunda açıq müzakirəyə təqdim ediləcək. Səslənən irad və təkliflər İşçi Qrupu tərəfindən yenidən nəzərə alınmaqla yekun siyahı hazırlacaq və jurnalistlər adından Prezidentin Administrasiyasına göndəriləcək.
Əziz həmkarlar, ümid edirik ki, belə "ələkdən keçirilmiş" siyahı Prezident Administrasiyasında da müsbət qarşılanacaq. Çünki hamımız yaxşı bilirik ki, dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş əvvəlki iki binada hansı yollarla kimlər bizim haqqımıza girərək mənzillərə sahibləniblər.("Yeni Gündəm” )
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar