AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ
30 İyun 2020, 18:11
30 İyun
2020
18:11
1296
Pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları tərəfindən 27 mart 2020-ci il tarixində təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ictimaiyyətə müraciət edir:
"Biz, Azərbaycan könüllüləri bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlət tərəfindən atılan zəruri addımlara töhfə vermək məqsədilə son aylar ərzində həkimlərimiz və polislərimizlə çiyin-çiyinə mübarizənin ön cəbhəsində vətəndaşlarımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq.
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımız arasında profilaktik tədbirlər, pandemiya dövründəki davranış qaydaları, xəstəliyin ciddiyyətinin tam şəkildə qavranılması ilə bağlı maarifləndirici aksiyalarda iştirak edirik. Aksiyalar çərçivəsində maarifləndirici nəşrlər paylayır, maskadan istifadəyə təşviq edir və kütləviliyin olduğu məkanlarda sosial məsafənin qorunmasını təmin etməyə səy göstəririk. Eyni zamanda, pandemiyanın aztəminatlı ailələr və tənha yaşlılar üçün yaratdığı çətinliyin aradan qaldırılması istiqamətində onlara ərzaq bağlamaları çatdırır, dərman vasitələrinin alınması üçün köməklik göstəririk.
Mart ayından başlayaraq bu gün də, qızmar yay aylarında gündəlik olaraq, paytaxt Bakıda və bölgələrdə, böyük əzm və fədakarlıqla, heç bir təmənna güdmədən, xalqımızın rifahı naminə gündəlik fəaliyyətimizi davam etdiririk.
Hər gün minlərlə vətəndaşı əhatə edən maarifləndirmə aparır, yüzlərlə ailəyə, sosial həssas qruplardan olan insanlara xidmət edir, onlara dəstək olmağa çalışırıq. Bilirik ki, çətin günün ömrü az olur, sadəcə səbr etmək və qaydalara əməl etməklə bu günləri mütləq geridə qoyacağıq!
Həm də bilirik ki, bu bəlaya qalib gəlmək bizim öz əlimizdədir. Sadə tövsiyələrə əməl etməklə, özümüzü, yaxınlarımızı, cəmiyyətimizi qoruya bilərik.
Biz artıq normal həyatımıza, gələcəyimizi qurmağa qayıtmaq istəyirik. Bunun üçün minlərlə Azərbaycan könüllüsü adından vətəndaşlara üz tutaraq, özünüzün və sevdiklərinizin sağlamlığının qorunması üçün tövsiyələrə riayət etməyə çağırırıq – ictimai məkanlarda maskadan istifadə edək, tez-tez əllərimizi yuyaq, xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmayaq, sosial məsafəni nəzərə alaq və bütün bunları ətrafımızdakı insanlar arasında da təbliğ edək!
Xahiş edirik ki, istər sosial mediada, istərsə də KİV-də həkimlərin və bu infeksiyaya yoluxmuş insanların çağırışlarını, onların düşdükləri ağır vəziyyəti ciddiyyətlə qəbul edəsiniz.
Biz inanırıq ki, birlik, həmrəylik və vətəndaş məsuliyyəti bütün çətinliklərin öhdəsindən gəlməyin açarıdır!
Unutmayaq ki, biz birlikdə güclüyük!”
Hörmətlə,
Azərbaycan könüllüləri
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib