44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Pərviz Tağıyevin ailəsi ilə görüş keçirilib
İkinci Qarabağ savaşı dediyimiz Vətən müharibəsindən sonra Azərbaycandakı Şəhid xiyabanları yenidən sıralandı, çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Bu sıralarda Mingəçevirin son şəhidi 7 ay 10 gündən sonra nəşi ailəsinə təhvil veriən Pərviz Hafiz oğlu Tağıyevdə dəfn olundu.
Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan Pərvizin valideyinləri ilə görüşdük. Bu xəbərdən təkcə ailə deyil, bütün şəhər sarsılmışdı. Hamı onun tapılması üçün qurban deyir, nəzir edirdi. Gənc olmasına baxmayaraq ailəsinə, valideynlərinə və hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə Pərviz böyük hörmətə layiq idi, hər kəs xətrini çox istəyirdi. Pərviz Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olmuşdu. Biz ailəni ziyarətə gedəndə bunun bir daha şahidi olduq . Anası Gültəkin xanımın, atası Hafiz kişinin göz yaşları bulaq kimi qaynasa da, neyniyək, təki Vətən yaşasın, Vətən sağ olsun, deyirlər. Ataların beli bükülsə də, anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır, sağlam dayanır qara dərdin qarşısında, cavan gəlinlər qaralar bağlasa da: "Övladımız atasız böyüyər, Vətənsiz böyüməz" dedilər.
Bizimlə birlikdə ailədə olan ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit ehtiyatda olan zabit, polkovnik leytenant Seymur Hidayətov ailəyə başsağlığı verir , şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun da adından şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. Deyir ki, "müharibədə gənclərimizin necə bir vətənpərvər oğullar olduğunun şahidi olub. İndi belə oğullarımızın sayəsində Qarabağımızda bayrağımız qürurla dalğalanır”.
Pərviz sağlğında həmişə deyərdi : "Sən sağ olasan, Vətən! ,Vətən sağ olsun ". Pərvizin atası Hafiz Tağıyev bizimlə söhbətində belə deyir: ” Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Oğlum Vətən uğrunda şəhid oldu. Özü qürurlu bir gənc idi. Həmişə deyərdi ki,biz oğular vətən üçün sipər doğulmuşuq, şəhid olsam ağlamayın”.
Hafiz ata min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışırdı. Onu dindirdikcə həzin bir səslə pıçıldayır: "Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”.
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Gültəkin ana "Vətən sağ olsun”, - deyir, Pərviz mənim həm oğlum, həm də qızım kimi idi. Hər bir dərdimiz ortaq idi. İstədiyi qız da vardı. Fədakar qoçaq bir övlad idi. Həmişə deyirdi ki,şəhid olmaq istəyirəm amma qoruxuram anam buna dözməyə. onun əsgər yoldaşlarından təskinlik tapıram. Onlar Pərvizin cəbhədə göstərdiyi igidliklərdən danışanda yenidən Pərvizimi gözlərimin önündə canlandırıram. Döyüşlərin ilk günündən ən ağır əməliyyatlarda iştirak etmişdi. Düşmən artıq Pərvizin izinə düşmüşdü. Yoldaşları deyir ki,Pərviz erməniyə güllə atmağa aman vermirdi. Mənimlə telefonda danışanda da yüksək əhval-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, bir də ki, alnıma nə yazılıbsa, o da olacaq. Pərviz idmançı idi,çox cəld, çevik uşaqdı. Oğlumla sonuncu dəfə danışdım, ondan sonra əlaqəmiz olmadı. Pərivz Aprel döyüşlərində də iştirak edib. İki-üç gün mühasirədə qalsalarda yenə düşmənə qalib gəlmişdilər.Pərvizlə bağlı arzularım çox idi.Nə deyim”.
Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı. Bu sözləri bizimlə söhbətində Pərvizin ana yarısı olan xalası Qeys xanım Muxtarova deyir:” Qanlı bir müharibədə gənclərimiz bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldular. Pərviz bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı.
Bütün qohumların,qonşuların sevgisini qazanmışdı.7 ay bunlarla birgə ağladıq,yol gözlədik,hamımız Pərvizin sağ olduğuna ümid edirdik. Çünki biz bilirdik ki,Pərviz düşmənə can verən oğul deyildi.İnana bilmədik sona qədər onun ölümünə.O qədər qürurlu ,o qədər nurlu bir övlad idi ki...İndi deyirəm ki,biz bilməmişik bu uşaq imam övladı imiş.Ona görə də getdi əbədiyyətə qovuşdu.Balamız bir evin oğlu kimi getdi,amm bir elin oğlu kimi qayıtdı.Mən onun haqqında yüksəkdən nəsə deyə bilmirəm .Amma özüm düşündüyüm kimi, -deyir içimi yandırır ağı ,bayatı,sən yaman sevirdin ,yaman həyatı.
Mən Pərviz haqqında böyük bir kompozisiya da yazmışam nə vaxtsa qismət olarsa bizim bu kompzisiya da işıqlanar.Həmin kompozisiyadan iki kəlmə ana oğul səhnəsindən söyləmək istərdim.- Of yandı bağrım başı,odlandı bağrım başı,ölənəcən qurumaz ay ellər, gözümün yaşı.. Şəhid balamız isə deyir.- Alışma yanma ana,mən vətən qurbanıyam ölməmişəm şəhidəm,dillərin dastanıyam.
Doğurdan da bizim Pərviz dillərin dastanıdır.Azacıq təsəllini onla tapırıq yoxsa biz bu həyata Pərvizsiz sarıla bilmərik.Yəni Pərviz tək valideyinləri üçün yox bütün nəsil üçün əziz idi.Böyük bir xalq üçün baş ucalığıdır Pərviz”.
Qeyd edək ki,7 ildən artıq hərbi hissədə qulluq edən Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Ermənistian işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Onun nəşi 7 ay 10 gün tapıla bilməyib. Müdafiyə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və şəhid Pərviz Tağıyevin Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, əsgərlər yaylım atəşi açıblar. Bundan sonra şəhid torpağa tapşırılıb, tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilib. Qeyd edək ki,44 günlük Vətən Müharibəsində Mingəçevir 51 şəhid verib.
Pərviz Tağıyev 1990 il martın 22-də Mingəçevir şəhərində anadan olub.
Pərviz Hafiz oğlu Tağıyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü”" medalları ilə təltif olunmuşdur. Pərviz sonsuzadək ürəklərdə yaşayacaqdır!
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib