YULİYA ALEYÇENKO (Şeirləri)
09 İyul 2021, 20:27
09 İyul
2021
20:27
771
Belarus yazıçısı, tənqidçi, tərcüməçi. Əsərləri belarus dilindən bir sıra başqa dillərə tərcümə olunmuşdur. 2019-cu ildən Belarus Yazıçıları İttifaqının "Nyoman” ədəbi-bədii və ictimai-publisistik jurnalının baş redaktorudur.
Nigar Azizinin tərcüməsində Azərbaycan dilində Yuliya Aleyçenkanın bir sıra şeirlərini sizə təqdim edirik.
YOX ÖLÜMÜN QORXUSU
Güvənir qanadına səmaya uçan quşlar,
İmanıyla insanlar dərdinə dəva tapar!
Məlhəm olar dost dediyin ürək yarana
Ölüm xofu nədir ki, ruhuyla yaşayana?
Bar verərmi bağçalar susuz çöldə, səhrada?
Qalxarıq yıxılarkən , yıxılmarıq qalxanda!
Həyatda tək gerçəyi lüzum var bilməyinə-
Aç əlini göylərə, könül ver sevdiyinə!
Nəğməli sətirlərdə bir ölüb min dirilmək,
Ərgən şəfəqləriylə şünəşə sarı getmək.
Yox ölümün qorxusu yeli acı əssə də,
Əbədi olan sözdür imanın olan yerdə
*
Ürəyin əlçatmaz əzablarıyla,
Lənətlənmiş kədərimi qovardım!
Qara bulud, daş məzarın ardında,
Nə onu arardım, nə də tapardım.
Yaddaşım dirilir - yad beyinləri
Qucayan zehnimin vecinə deyil.
Oxusam bildiyim bütün tilsimləri,
Yaşananlar geri qayıdan deyil.
Gəl, tökmə gözünün zümrüd yaşını,
Bu yorğun gecənin ətəklərinə.
Həm məsum, həm suçlu öz yaxasını,
Çoxdan təslim etmiş onun əlinə.
*
-Uçuram taleyin qaranlığına
Sənin göyə baxan o pəncərəndən.
Orda doğan ayın işıltısına
Rəqs edir ulduzlar öz kölgəsində.
Məni yubatmaqdır məqsədin sənin,
Çarəsiz çığırma, cəhdin əbəsdir.
Gecdir, artıq izim zülmət göylərin,
Bağrına dağ çəkən komet kimidir.
Daş evlərin inilti nəğməsinə,
Mənim ayaq səsim ilk sətir oldu.
Cahanın yaranış möcüzəsinə
Etdiyim dualar vəsilə oldu.
Duydunmu ildırım nəriltisində
Yaralı könlümün haray səsini?
Xəyalım ovcunun hənirtisində
Seyr edir ulduzlar təntənəsini..
* * *
Öpüşün həkk oldu dodaqlarıma közərmiş dəmirin istisi kimi,
Bu öpüş yeganə yadigar qalan bizi ayrı salan görüşümüzdən.
Özgə hənirtiyə sarılır ruhum gözünü qırpmadan bir zəli kimi,
Xoşbəxtlik ardınca dərin çaylara, qaranlıq sulara dalar cismim də.
Sənin yırtıq-sökük damın altında ah, mən necə də hüzurlu idim,
O möhkəm, sərt qollar arasındaykən bal təki şirindi bütün acılar.
Lakin pəncərəmi döyür həyəcan divara çırpılan ürkək quş kimi,
Riyakar cəsarət qoxusundadır, məni özlüyümdən ayıran yollar.
*
Qorxmuram zülmətin kor gözlərindən,
Əvvəl-axır bu qaranlıq bitəcək.
Göylər yarılanda işıq selindən,
O gün yorğunluğum dəf ediləcək.
Qoy sərgərdan ruhlar işıq çiləsin,
Ay doğan illərin astanasına.
Mənim ürkək hissim, düşüncələrim,
Sizi necə atım əzab oduna?
Nə qədər zülm edim sevdikərimə,
Neçə yol mən ölüm, sonra dirilim?
Yorulum sonra güc qatım gücümə
Mübarək göylərdə mən yenilənim?
Qorxmuram sınaqdan, nə də itkidən,
Günəş baharıma yenə doğacaq.
Nə qədər bu ürək vurur sinəmdə,
Gözlərim zülmətlə hey savaşacaq!
*
Gecə qara ətəkdir
Şimşək onun bəzəyi.
Artıq nağıl istəmir,
Qoruyucu mələyim.
Yəqin duymur əzizim;
Nəfəsim ağır gedir.
Səninsə fəryad səsin,
Ölüləri dirildir!
Ağ lələkli, divanə
Quzğun havada süzür..
Sən istədin-badənə
Zəhərli mey süzülür ...
BAĞIŞLA!
Günəşin şəfəqli mərhəmətinə
İnanıb sıxıram onu ovcumda.
Anacan, bağışla sərbəstliyimi
Söylə, harda çıxdım mən cızığımdan?
Harada tükəndi axı ömürlük
O parlaq qüdrəti arzularımın?
Yoxsa ki, çevrildi gözəlim gənclik,
Mübarək şehlərin damcılarına..?
Çiskinin yalançı cığırlarında,
İzlər yuxu kimi aparır məni..
De, harda bir ürək yalan odunda
Yanaraq sovurub öz küllərini?
Ey müqəddəs günəş, parla, nur çilə!
Səninlə həyatda hər şey başladı!
Allah, günahımı əhv et, rəhm elə,
Anam da məni hey bağışlayardı..
*
Yenə göylər səpir bəyaz qarları,
Qupquru qurumuş düzənliklərə.
Buludun bağrından qopan yaralı,
Küləyin yolduğu ağ lələkləri.
Sarır yarasını məğrur torpağın,
Tərtəmiz, bəmbəyaz bir tənzif kimi.
Qışın çovğun adlı qəfil qonağı,
Əsir xoş nəğmənin istisi kimi.
Bükün ürəkləri qar yorğanına,
Qoy qəlbləriniz ilahi güc alsın.
Körpə balalara, çay kənarına,
Köhnə məzarlara qoyun qar yağsın.
Qar yağır körpüyə, yola, eyvana
Yağır dönə-dönə əsrlər ilə..
Bir qəlbin saf, təmiz könül evinə
Heç vaxt toxunmayın kirli əllərlə..
YEDDINCI GÜN
Lal bir sükut ürək tək çırpınırdı,
Bu sükut həm də bir kədərli mələk.
Qaynar ovuclarda səssiz axırdı,
O dediyim qadın milad şamı tək..
Sitəm etdi o öz etirafilə,
Soyuq pəncərədə üfüq hayqırdı..
Saat da divarda öz gedişiylə,
Hicrana az qalan vaxtı sayırdı..
Qadın dodaqları üzgün və zəki,
Bir şərab süzürdü-o da içirdi..
Bəlalı, mumlanmış, yorğun bir səhər,
Yeddinci gününü qarşılayırdı..
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO