Yevlax Reabilitasiya Mərkəzinin fəaliyyəti nümunəvidir

Yevlax Reabilitasiya Mərkəzinin fəaliyyəti nümunəvidir
7NEWS.az xəbər verir ki, son 3 ildə ölkəmiz islahatlar dalğasının yeni fazasına daxil olub. Prezident İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban Əliyevın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar dalğası bütün sahələri əhatə etməkdədir və proses bu gün də uğurla davam etdirilir. 
İslahatların ən mühüm hissəsi sosial və səhiyyə sahələrini əhatə edir. Həm pandemiya, həm də 2-ci Qarabağ Savaşında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşdü və bu savaşda onları da qalib hesab etmək olar. Bu mənada nazirliyin tabeçiliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. 
Bu xüsusda, redaksiyamıza daxil olan daha bir müraciəti dərc etmək qərarına gəldik. Belə ki, Qarabağ müharibəsi veteranı, rengenoloq, hal-hazırda təqaüddə olan Babək Əhmədov bizə müraciət edərək nazirliyin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Yevlax Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə danışıb. Doktor Babək Əhmədov qeyd edir ki, Yevlax Reabilitasiya Mərkəzinin fəaliyyəti dünya standartlarına uyğun qurulub və peşəkar kollektiv əhaliyə ən yüksək səviyyədə xidmət göstərir: "Agentliyin Yevlax Reabilitasiya Mərkəzinin fəaliyyəti nümunəvidir. Mərkəzin Baş həkimi, peşəkar idarəçi Sevinc Məmmədovanın kollektivlə və vətəndaşlarla davranışını xüsusi qeyd etmək istəyirəm. Bu təşəkkür deyil, sadəcə yaxşı işlərin obyektiv qiymətləndirilməsidir. Tibb bacıları İsmayılova Məlahət, Əhmədova Püstə, Rzayeva Jalə və adını çəkmədiyim digər əməkdaşlar yüksək peşəkarlıq, davranış nümunəsi sərgiləyirlər. Bu uzun illər bu sahədə çalışan, hal-hazırda təqaüddə olan bir həkim kimi məni çox sevindirir. Bu sistemi belə mükəmməl qurduqlarına görə Cənab Prezidentə ilk növbədə təşəkkür edirəm. Eyni zamanda Sosial müdafiə nazirliyinə, Agentliyin rəhbərliyinə və şəxsən Sevinc xanıma təşəkür edirəm”
7NEWS.az

Xəbər lenti