“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başlayıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başlayıb
"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü "YAŞAT” düşərgəsinin 3-cü həftəsinə start verilib.

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyadan sonra düşərgənin açılış mərasimi baş tutub. İştirakçılara  həftəlik proqram barədə məlumat verilib. 

Uşaqlar ikinci günə səhər idmanı ilə start veriblər. Ardından tanınmış səyyah, bloger və teleaparıcı Azər Qəriblə görüş baş tutub. Qonaq uşaqların çoxsaylı suallarını cavablandırıb,  müxtəlif ölkələrə səfərləri ilə bağlı məlumat verib.

Gün hotel daxili əyləncə, stolüstü idman oyunları və psixoloqlarla ilkin görüşlərlə davam edib.

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;


Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 






 

Xəbər lenti