YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
29 Noyabr 2022, 11:04
29 Noyabr
2022
11:04
461
7NEWS.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə 17 rəssamın – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E. Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət "Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir.
"Sosioloqlar gözlərini yerdən qaldırmalıdırlar.” Martin Parker
Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.
Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.
İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, "xəritədə sərhədlər yerləri müəyyən etmir”. Əslində, onlar "sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır”. Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. "Multiperspektivdə” isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.
Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək "dünyanı yenidən görməyə” imkan verəcək.
Bu müxtəlif aspektlər və onlar arasındakı təzadlar, daha sonra film nümayişi, panel müzakirələri və mühazirələrdən ibarət geniş ictimai proqramda müzakirə olunacaq.
***
Sərginin kuratoru Fırat Arapoğludur.
***
Kurator və rəssamlar haqqında daha ətraflı məlumat üçün: https://www.yarat.az/
***
Redaktorlar üçün qeyd:
Sərgi: Multiperspektivdə qrup sərgisi
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)
Sərginin tarixləri: 1 dekabr, 2022 – 30 aprel, 2023
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00
Giriş COVID pasportu ilədir
***
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüş və diskussiyalar keçirilir.
2015-ci ilin oktyabrında, YARAT, Bakıda, İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi” mənasında) – yerli perspektivli incəsənət nümayəndələri və beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr keçirilir və gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Tanınmış psixoloq Xatirə Səfərova "Humay" Milli Mükafatı ilə təltif edildi - FOTOLAR
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib
-
GÜNDƏM, MƏDƏNİYYƏT
İnsandan vəfa ummaq əbləhlikdir... - Etimad Başkeçid YAZIR
-
GÜNDƏM, MƏDƏNİYYƏT, SİYASƏT
Brüssel görüşü İrəvanda təlaş yaratdı...
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə viran qalmış bütün dini və mədəni abidələrimiz bərpa ediləcək
-
GÜNDƏM, MƏDƏNİYYƏT
NARGİN – saralmış kədər
-
GÜNDƏM, MƏDƏNİYYƏT
"Virtual Qarabağ" İKT Gənclər İB tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib – GİN-in dəstəyi ilə