“Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi “Google” Mədəniyyət İnstitutunun tərəfdaş olub
18 İyun 2019, 12:58
18 İyun
2019
12:58
4448
"Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi (İKT GİB) ilə məşhur transmilli "Google” şirkətinin "Google” Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
"Virtual Qarabağ” İKT GİB-dən AZƏRTAC-a verilən məlumata görə, bir ildən artıq müddət ərzində qarşılıqlı yazışmalar nəticəsində əldə olunmuş razılığa əsasən, "Virtual Qarabağ” İKT GİB "Google” Mədəniyyət İnstitutunun "Google Arts Culture” onlayn platformasında Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri–maddi mədəni irsinə dair orijinal rəqəmsal kontentləri şəkil, audio, video, yüksək və ya ultra yüksək görüntü, panoram təsvir, 3 D model formatında yerləşdirə, nümayiş etdirə bilər, onlayn sərgilər təşkil edə bilər.
"Virtual Qarabağ” İKT GİB-in rəhbəri Nurəddin Mehdiyevin sözlərinə görə, imzalanmış müqavilə Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri–maddi mədəni irsi haqqında rəqəmsal məlumatların bütün dünyanın izlədiyi onlayn platformada nümayiş etdirilməsinə səbəb olacaq, eyni zamanda, Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada obyektiv şəkildə yayılmasına töhfə verəcək. Platforma mədəniyyətimizi, muzey əsərlərimizi, mədəni irsimizi tanıtmaq imkanı yaradır.
"Google” Mədəniyyət İnstitutu "Google” şirkəti tərəfindən 2011–ci ildə yaradılıb. İnstitutun "Google Arts Culture” layihəsi dünya ictimaiyyətinin dünya muzeylərində yerləşdirilən yüksək keyfiyyətli şəkillərə, rəqəmsal kontentlərə çıxış əldə edə biləcəyi qlobal onlayn platformadır. "Arts Culture” platforması təşəbbüsünün əsas məqsədi dünyanın müxtəlif ölkələrinin mədəni irsinin bütün dünya xalqları üçün əlçatan olması, bu irsin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün rəqəmsal formada qorunub saxlanılmasıdır.
Hazırda platformada dünyanın 40–dan çox ölkəsinin 50-yə yaxın böyük muzeylərinin, o cümlədən Britaniya Muzeyinin, Florensiyadakı Qalileo Muzeyinin, Nyu–Yorkdakı Yəhudi Tarixi Mərkəzinin, Varşavadakı Polşa Tarixi Muzeyinin eksponatları rəqəmsal formada nümayiş etdirilir. Layihə 2000-dən çox kiçik tərəfdaşa və minlərlə rəqəmsal sərgiyə sahibdir. Platforma İndoneziya, ingilis, yapon, fransız, italyan, polyak və portuqal dilləri də daxil olmaqla 18 dildə mövcuddur. İstifadəçilər bu platformada sosial media və ənənəvi onlayn ünsiyyət mexanizmləri vasitəsilə öz incəsənət əsərlərini asanlıqla paylaşa bilərlər. Bu, incəsənət və mədəniyyət hadisələri üçün böyük platforma olmaqla yanaşı, təhsil, turizm, elmi araşdırmalar üçün də axtarış imkanı yaradır.
"Google” Mədəniyyət İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayan "Virtual Qarabağ” İKT GİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013–cü ildə yaradılmış "Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin bazasında təsis edilib, 2017-ci ilin oktyabrın 31-də dövlət qeydiyyatına alınıb.
"Virtual Qarabağ” İKT GİB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər müxtəlif dillərdə "İrəvan – gizlədilmiş həqiqətlər”, "Zəngəzur”, "Qarabağ - əcdadlarımızın mirası” sənədli filmlər (AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi dəstəyi ilə), "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, "Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan "Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl 3D qrafik təsvirli filmlər, "Qarabağın səsi” beynəlxalq layihə, "Qarabağ atı” animasiya filmi, "Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideolar, Qarabağa dair müasir - kütləvi elektron kitabxana kimi əhəmiyyətli layihələr həyata keçirib.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024