Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən möhtəşəm tədbir - FOTOLAR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən möhtəşəm tədbir - FOTOLAR


Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 30 Avqust
2021-ci il tarixdə ölkəmizdə ilk dəfə olaraq Azərbaycan -Türkiyə qardaşlığının tarixi
və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin zəfət bayramı münasibətilə
açıq hava şəraitində  tədbir keçirildi.
Tədbirdə Dövlət rəsmiləri, Türkiyə səfirliyinin rəsmisi Barış Sayqın Millət vəkilləri
Razi Nurullayev, Vüqar İsgəndərov Türk iş adamları,  tanınmış ictimaiyyət
nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək
İctimai Birliyinin idarə heyəti iştirak iştirak etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin
tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, Avqustun 30-u Türkiyə tarixinin
ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildirdilər ki, bu Zəfər
bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi
dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək
fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan
qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür
ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq
vurğulandı.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru
Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki,  1922-ci il avqustun 30-da
Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının
taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad
edib.
30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər
sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da
Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.
Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da
dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım
aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin
əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.

Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə
keçirilib.
Zəfər bayramını keçirməkdə əsas  məqsəd  Azərbayacan Prezidenti cənab İlham
Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki
dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq
borcunu yerinə yetirməkdir.
Qardaş Türk xalqının  Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi
Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və
əməkdaşlıq mesajını verməkdir.
Zəfər bayramın mübarək Türkiyə Azərbaycan!
 
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti