"Təkcə torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, havadarları da məsuliyyət daşıyırlar" - DEPUTAT


7NEWS.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "İki gənc soydaşımızın Ağdamın Yusifcanlı kəndində heyvan oturarkən minaya düşüb həyatlarını itirmələri olduqca üzücü xəbərdir. Onlara Allahdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Bu ölümdə təkcə işğal altında olmuş torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, onların vəhşiliklərini görməzdən gələnlər də məsuliyyət daşıyırlar. Həmən çevrələr xəstə xislətlilərinin Qarabağa yenə mina daşıyıb gətirmələri üçün Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qoymasının əleyhinə çıxanlar,  Ermənistana "mülki missiya" göndərtdirənlər, Rasmussen kimi yaramazları  qabağa verənlər, səfirləri haylara  dəstək məqsədilə Gorusda peyda olanlar,  Qafanda konsulluq açanlar və digər ünsürlərdən ibarətdir."

Xəbər lenti