Təhsil haqları haqqında ŞAD XƏBƏR
07 Avqust 2020, 11:30
07 Avqust
2020
11:30
1274
Hazırda ən çox müzakirə edilən mövzulardan biri təhsil haqlarının yarıbarı azaldılmasıdır. Bununla bağlı çoxlu sayda təkliflər də səsləndirilib. Hətta tələbələrin əksəriyyəti dərslərin dayandırılmasına baxmayaraq, onlardan təhsil haqlarının tələb edildiyini bildiriblər. Tələbələr hesab edirlər ki, pandemiya dövründə normal təhsil ala bilmədiklərinə görə, təhsil haqqından azad edilsinlər. Valideynlər epidemiya ilə əlqədar iş yerlərinin bağlandığı üçün gəlirlərinin olmadığını qeyd ediblər.
Bu günlərdə millət vəkili Erkin Qədirli də təhsil haqları ilə bağlı parlamentdə çıxış edib.Deputat bildirib ki, pandemiya ilə əlaqdar olaraq universitet və məktəblərdə dərslər demək olar ki, keçirilməyib:
"Təklif edirəm ki, təhsil haqqları yarıbayarı azaldılsın”.
Lakin burada vacib bir nüansı diqqətdən kənarda qoymaq olmaz. Ödəniş haqları yarıbarı azaldığı halda bu, təhsil ocaqlarının durumuna necə təsir göstərəcək? Ali məktəblər tələbə təqaüdləri və müəllimlərin əmək haqlarının təminatını necə həyata keçirəcək?
Suallarımıza cavab tapmaq məqsədilə tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O "Sherg.az”a ölkəmizdə təhsil haqlarının yüksək olduğunu və reallığı əks etdirmədiyini bildirdi. Ekspertin sözlərinə görə, 2019-cu ildə Prezidentin Sərəncamına əsasən Azərbaycanda ali təhsil müəssisələrinin 45 faiz plan yeri ödənişli, bu ildən isə 50 faizi ödənişsiz olacaq:
"Bir çox kateqoriyalı insanlar var ki, onlar ödənişli əsaslarla ali məktəbə qəbul olsalar da, ödənişləri dövlət hesabına verilir. Məcburi köçkünlərin, şəhid övladlarının, valideyn hüququndan məhrum olanların və.s təhsil haqqını dövlət öz büdcəsindən ödəyir. Bu gün Azərbaycanın ali təhsil müəssisələrinə bir qəbul ilində 47 min plan yeri varsa, onun 25 mini pulsuzdur. 7 mindən çox şəxs isə ödənişli əsaslarla universitetə qəbul olsalar da, onların təhsil haqlarını dövlət ödəyir. Ona görə deyə bilmərik ki, təhsil haqları yarıya endirilməlidir. Bu zaman ali təhsil müəssisələrində çalışan minlərlə insanın işini itirməsi təhlükəsi ortaya çıxacaq”.
K.Əsədov qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan vəsaitin 80 faizi işçi qüvvəsinin əmək haqqının ödənməsinə sərf olunur:
"Bu gəlirlər aşağı düşərsə, avtomatik olaraq bir çox əməkdaşlar işdən çıxmalıdır. Təklifi edəndə alternativ olaraq ali təhsil müəssisələrinin maliyyələşmə mənbələrini də tapmaq lazımdır. Təhsil haqları yarıya endirilsə, dövlət büdcəsi hesabına bunu ödəsə, büdcə yüklənmiş olacaq. Ona görə də təhsil alan şəxslərin ödəmələrinə dövlət sadəcə müəyyən güzəştlər etməlidir. Məsələn pandemiyadan zərər çəkmiş ailələrə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılmışdı. Prezidentin Sərəncamı ilə 20 min şəxsin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Hesab edirəm ki, bu istiqamətdə işlər aparılmalıdır. Koronavirusa qarşı Mübarizə Fondu yaradılıb, ora 100 milyondan çox vəsait ayrılıb. Bundan başqa, bir çox təşkilat var ki, onlara ayrılan vəsaitlər azalmalıdır”.
Ekspertin sözlərinə görə, Parlamentdə təhsil haqlarının aşağı salınmasına dair təklif səslənir. Amma Milli Məclisin saxlanması üçün böyük vəsait ayrılır:
"Bu vəsaitlərə müəyyən qədər qənaət etməliyik. Büdcədən ayrılan bu tipli vəsaitlər azalarsa, təhsil haqlarına ödəmələr etmək lazımdır. Birbaşa təhsil haqqını azaltmaqla universitetlərin müqəddəratı sual altına düşəcək. Onsuz da universitetlərin kənar gəlirləri yoxdur. Ən azından ali təhsil müəssisələrinə müəyyən maliyyə mənbələri göstərilərsə, bu, onlar üçün problem yaratmaz”.
İqtisadçı-ekspert Rəşad Həsənov da pandemiyanın əhalinin gəlirlərinə mənfi təsir göstərdiyini qeyd edib.
Ekspertin qənatincə, Azərbaycanda ödənişli təhsil sistemi ilə əhalinin real gəlirləri arasında optimal səviyyə müəyyən edilməyib:
"Ona görə də indiki zamanda təhsil haqlarına müdaxilə etmək məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, insan kapitalı vacib elementdir. Hətta pandemiya olmayan dövrlərdə də vətəndaşlar ödənişli təhsil sistemi barədə çətinlik çəkirdilər.
Ödəniş edə bilməyən vətəndaşlar arasında təhsil hüququndan imtina edənlər də olub. Bu baxımdan dövlətin qarşısında duran əsas məsələ yaranan çətinliklər fonunda əhalinin səhiyyə, təhsil və ərzaq təminatı xərcləri istiqamətində işlər görməkdir.
Dövlət əhalinin azalan gəlirlərinə adekvat olaraq müəyyən kompensasiya proqramlarını həyata keçirməlidir”.(azerforum.com)
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"