Tanınmış psixoloq Xatirə Səfərova "Humay" Milli Mükafatı ilə təltif edildi - FOTOLAR

Tanınmış psixoloq Xatirə Səfərova
7NEWS.az xəbər verir ki, tanınmış psixoloq, "Baku Psychology School” təsisçisi və rəhbəri Xatirə Səfərova "Humay" Milli Mükafatı ilə təltif edilib.
 
Bu mükafat X.Səfərovanın müəllifi olduğu "Qəfəsdəki Sərbəstlik” kitabına görə verilib. Məlumat üçün qeyd edək ki, "Qəfəsdəki Sərbəstlik” kitabı 2018-ci ildə real hadisələr əsasında yazılıb. Kitabın rəyçisi tanınmış yazar Çingiz Abdullayevdir, məhz buna görə mükafatı Xatirə Səfərovaya o təqdim edib. 
Məlumat üçün qeyd edək ki, "Humay” 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafatdır. Laureatlar əsasən ədəbiyyat, teatr, musiqi, rəqs, kino, elm, kitab nəşri, mətbuat, televiziya, idman, foto nominasiyaları üzrə fərqlənən namizədlər arasından seçilir.




Xəbər lenti