Şuşa necə azad olunub? - Xarici mediadan sensassion məqalə
16 İyul 2021, 10:17
16 İyul
2021
10:17
760
"2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri tanklardan və artilleriyadan istifadə edərək təmas xəttində, Azərbaycanla ermənilərin nəzarətində olan Dağlıq Qarabağ arasındakı qeyri-rəsmi sərhəddə hücuma başladı. Erkən döyüşlər, xüsusən də inkişaf etmiş pilotsuz təyyarə sistemləri və uzunmənzilli döyüş sursatlarının istifadəsi zamanı açıq ərazilərdə Azərbaycan hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi”.
Bu, fikirlər Müasir Müharibə İnstitutunun Şəhər Müharibəsi araşdırmalarının rəhbəri, MMİ-nin Şəhər Müharibəsi Layihəsinin həmmüəllifi, Con Spenser və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq əlaqələr üzrə bakalavr təhsili alan Harşana Qurhunun 44 günlük Vətən müharibəsindən bəhs edən məqaləsində əks edilib.
Müəlliflər relyefinə görə çətin ərazidə yerləşən Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən necə ustalıqla azad edilməsini şərh ediblər.
Məqalədə əks olunan fikirləri təqdim edirik:
"2020-ci ilin oktyabrında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək daha qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi.
Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə altı mil məsafəyə qədər yaxınlaşdı. Sözügedən dəhlizi itirməklə Ermənistanın Dağlıq Qarabağdakı qüvvələrini dəstəkləməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks hücumlara başladılar və əsas tədarük yolları boyunca pusqu qurdular.
28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan qüvvələrinin dörd yüz hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.
Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayalara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi.
Zülmət qaranlığa qərq olmuş ətraf, Laçına davamlı hücumlar və erməni əsgərlərinin uğursuz fəaliyyəti Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Şuşanın müdafiəsini yarmağa imkan verdi.
Oktyabrın 30-da Şuşadan cəmi beş kilometr şərqdə hərbi toqquşmaların baş verdiyi bildirildi. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər.
Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan piyadalarının Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı.
Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya az miqdarda yardım gələcəkdi. Yəni Həkəri çayı üzərindəki açar körpü dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini bilən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı - səksən müxbir döyüş bölgəsində qaldı.
Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan hissə komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.
Azərbaycanən xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.
Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan müşahidə etmək qabiliyyətini, eləcə də hava zərbə qurğularından istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, "TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – "T-72” tanklarından və "BMP-2” piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.
Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya - yaxın məsafədən aparılırdı.
Noyabrın 8-i səhər "Artsax”ın "müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.
Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim haqqında müqaviləyə imza atdı./APA
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO