Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib
12 Avqust 2020, 18:34
12 Avqust
2020
18:34
1305
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər iki dövlət qurumunun rəhbərinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələrin effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirib. İcraçı direktor Şuranın elektron xidmətlərinin cəmləşdiyi SƏLİS-in effektiv elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı yaratdığını deyib.
Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqələrinin 4-nü müvafiq sahə üzrə ixtisaslaşmış dövlət qurumu ilə birgə keçirdiyini bildirib. Azay Quliyev ilk dəfə olaraq qrant müsabiqəsinin qalibi olan QHT-lərlə Şuranın tərəfdaş qurumun rəhbərinin iştirakı ilə görüşün keçirilməsinin faydalı ənənə olduğunu deyib.
Azay Quliyev Şuranın QHT layihələrinin maliyyələşdirilməsi üçün ayırdığı dövlət vəsaitinin daha şəffaf və səmərəli şəkildə istifadəsi baxımından əlaqəli dövlət və digər qurumlarla əməkdaşlığın mühüm əhəmiyyəti olduğunu vurğulayıb: "İxtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında etibarlı əməkdaşlıq imkanı yaradılması, qht-hökumət münasibətlərinin inkişafı, şəffaflığın tamlıqla təmin olunması, həmçinin, QHT-lərə təşkilati-texniki dəstəyin verilməsi baxımından çox faydalıdır. Cəmiyyətin və dövlətin maraqları belə halda daha effektiv şəkildə təmin olunur ki, bu da bizim bilavasitə marağımızdadır. 7 QHT KOBİA ilə birgə keçirdiyimiz qrant müsabiqəsinin qalibidir. Bu görüş həm də bizə QHT-ləri dinləyərək qarşıda dayanan vəzifələri geniş müzakirə etməyimizə imkan verəcək”.
Azay Quliyev Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri Əlaqələndirmə Sisteminin bütün tərəfdaşlarla, o cümlədən də QHT-lər və dövlət qurumları ilə hər hansı canlı təmas olmadan əməkdaşlıq etməyə və layihələrin icrasına effektiv şəkildə nəzarət etməyə imkan verdiyini bildirib.
KOBİA-nın İdarə Heyətinin (KOB Azərbaycan / SMB Azerbaijan) sədri Orxan Məmmədov Agentliyin kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət və özəl qurumların fəaliyyətini əlaqələndirdiyini bildirib. Orxan Məmmədov dövlət-biznes münasibətlərinin tənzimlənməsində sahibkarların assosiasiyalarının üzərinə mühüm yük düşdüyünü deyərək özəl sektorun təmsilçilərini bu istiqamətdə təşviq etdiklərini deyib. KOBİA-nın QHT-lərlə əməkdaşlığı daima diqqətdə saxladığını deyən Orxan Məmmədov 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını və İctimai Şurada iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış 15 QHT-nin təmsil olunduğunu diqqətə çatdırıb. Orxan Məmmədov 2-22 iyun 2020-ci ildə Şura ilə birgə qrant müsabiqəsinin keçirilməsinin və 7 QHT-nin qalib olmasının Agentliyin QHT-lər arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib.
Qalib QHT-lərin layihələri əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, "COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün "Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və "Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.
QHT rəhbərləri Mirzə Məhəmməd Vəliyev, Nərgiz Muxtarova, Gülbəniz Qəmbərova, Şamo Salayev, Günay Şahbazova, Ələsgər Hüseynov çıxış edərək layihələrinin maliyyələşdirilməsinə görə Şuraya təşəkkürlərini bildiriblər. Layihələri haqqında məlumat verən QHT sədrləri üzərlərinə düşən işi effektiv şəkildə və məsuliyyətlə icra edəcəklərini deyiblər.
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR