Sahib Alıyev Jirinovskini tənqid etdi

Sahib Alıyev Jirinovskini tənqid etdi
"Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışdınız və çox doğru olaraq qeyd etdiniz ki, o, uçurumun bir addımlığında duran dövlətimizi ora yuvarlanmaqdan, ölkəmizi parçalanmaqdan, xalqımızı anarxiya və xaosun cəngindən qurtardı. Eyni zamanda Azərbaycan-Rusiya əlaqələrinin düşmənçlik səviyyəsinə enməsinin qarşısını da məhz o aldı. Niyə mən bu məsələyə toxunuram? Bir  azərbaycanlı gəncin Novosibrskdə vəhşicəsinə qətlə yetirilməsindən sonra son günlər Rusiya mediasında antiAzərbaycan dalğasının baş qaldırdığını görməmək mümkün deyil".

Bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir. "Amma dəllillər ortada ola-ola o gənci qətlə yetirən polisə haqq qazandırmağa çalıçan, azadlığa çıxmasını təmin edən bastrıkinlər və onların mediadakı əlaltıları bilməlidirlər ki, təkcə qanunları ayaq altına salıb tapdamırlar, bu ksenofob yanaşmayla həm də Azərbaycan-Rusiya əlaqələrinə zərbə vururlar. O əlaqələrə ki, məhz cənab İlham Əliyevlə Vladimir Putinin səyləri nəticəsində az qala strateji müttəfiqliyin bir addımlığınadək irəlilədilib"- deputat qeyd edib.

O əlavə edib ki, yeri gəlmişkən, kim də olmasa deputat Vladimir Jirinovski  bu ələqələrin daha da dərinləşməsi  təkcə Azərbaycanın deyil, onun ölkəsini də maraqlarına  uyğun olduğunu gözəl bilir:

"Ona görə də  şovinsit "qanun keşikçi”lərinin cinayətlərinə göz yummaq istəməyən azərbaycanlılara çağırış edərək ""Xoşunuz gəlmirsə, Rusiyadan gedə bilərsiniz”  deyərkən  nəzərə almalıdır ki, hazırda Azərbaycanda hələ mandatları təsdiqlənməyən  nə qədər rusiyalı var. Üstəlik Rusiyadakı azərbaycanlıların çoxu artıq onun kimi həmən ölkənin vətəndaşlarıdır, bir hissəsi isə Jirinovskidən fərqli olaraq orada gəlmə deyillər,  Dərbənddəkilər kimi öz torpaqlarında  yaşayırlar, avtoxtondurlar.

Əgər Jiriniovskini, eləcə də digərlərini Rusiyadakı etnik cinayətkar qruplar narahat edirsə, onda öz diqqətlərini Soçiyə yönəltsələr pis olmaz. O Soçiyə ki, orada erməni cinayətkar ünsürləri at oynadırlar və dünən bir təmsiçiləri  vəzifə başında olan iki icra məmurunu qətlə yetirdi.  Eyni zamanda diqqətlərini ona yönəltsinlər ki,  paytaxt Moskvanın mərkəzində, Rusiyanın Dövlət Müstəqilliyi Günündə beynəlxalq terrorçu Monte Melkonyana anım törəni keçirilir. Və o törəni bastrıkinlərin çox sıcaq yanaşdıqları Rusiya Erməni Birliyinin rəhbəri Ara Abramyan təşkil edir. 
Terrordan özü də əziyyət çəkən, o üzdən də ona qarşı ən sərt qanunvericilik bazası olan bir ölkədə  terrorçunun fetişləşdirlməsinə yönəlmiş bu hərəkətə niyə göz yumulur sualını ritorik təsir bağışlayacağından səsləndirmək istəmirəm. Çünki həmən ölkənin  rəsmi təmsilçilərinin, o sıradan yüksək rütbəli hərbçilərinin  faşist Qaregin Njdeyə yanaşmada da oxşar mövqe sərgiləndiklərini göstərən faktlar var. Sadəcə onu soruşmaq istərdim ki, görəsən bastrıkinlər və jrinovskilər 1977-ci ildə Moska metrosunu və 1993-cü ildə Ruisiya ərazisində sərnişin qatarını kimlərin partlatdığını  unutmayıblar ki? Və hay terrorçusunun fetişləşdirilməsinin onları növbəti terrora həvəsləndirdiyinin fərqindədirlərmi?!"

Xəbər lenti