Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib

Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib

7NEWS.az xəbər verir ki, Region gəncləri 27 Sentyabr - Anım Günündə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər həyata keçiriblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən regional nümayəndəlikləri və bölmələrinin təşkilatçılığı ilə gənclər rayon ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, ərazi bütövlüyümüzün bərpasını qarşımıza tapşırıq kimi qoyan Ümummilli Lider və bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra bölgələrdə müharibə iştirakçıları, qazilər, ekspertlərin iştirakı ilə görüşlər keçirilib, müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, şanlı qələbəmizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə uğurla keçirilən antiterror tədbirləri haqqında gənclər məlumatlandırılıb.
Eləcə də regionlarda Anım Gününə həsr edilmiş veloyürüşlər təşkil olunub, "Görünməyən qəhrəmanlar”, "Kod adı: Yaşma”, "44 gün, 44 an”, "Ağxalatlılar” adlı filmlər nümayiş etdirilib.
 



 

Xəbər lenti