Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda Şəhid və qazi ailələri ilə bir arada qeyd edib
09 Noyabr 2021, 11:24
09 Noyabr
2021
11:24
826
Bu gün Ucar rayonunda 8 noyabr - "ZƏFƏR GÜNÜ" münasibətilə geniş ictimaiyyətin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Öncə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyulub, Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə çiçəklər qoyulmuş və dualar oxunmuş, sonra rayon mərkəzində hazırlanmış mərasimə qatılmışdılar. Tədbirin aparıcısı Qəhrəman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarına bildirmiş, dövlət himni səsləndikdən sonra açılış edərək sözü Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədova vermişdir.
İcra başçısı öz çıxışında rayon ictimaiyyətini Zəfər Bayramı Günü münasibətilə ürəkdən təbrik edərək: "Mənfur düşmən 30 il ərzində torpaqlarımızı düşmən tapdağında saxlamış və 44 gün ərzində Azərbaycan xalqı bir yumruq olaraq birləşib, ordu, xalq, Ali Baş Komandan birliyi ilə əks hücum əməliyyatları nəticəsində bu qələbəni qazandı. Qələbə təkcə hərbi meydanda deyil, bütün Azərbaycan xalqı və bütün dünya bilir ki, eyni zamanda siyasi müstəvidə də aparılan müharibə idi, yəni siyasi və hərbi yolla bütün torpaqlarımız işğaldan azad edildi. Bu günlərdə ordu xalqın yanında, xalq ordunun yanında saat mexanizmi ilə fəaliyyət göstərirdi. Azərbaycan ordusu geri çəkilmirdi və şanlı ordumuz hər gün yeni əraziləri işğaldan azad edirdi. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan ordusu, yaşasın Ali Baş Komandan, Qarabağ Azərbaycandır! ALLAH Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə can sağlığı versin, bu günləri-qələbəni bizə bəxş edən bütün Şəhidlərimizin qarşısında dərin hörmət və ehtiramla baş əyirəm" - fikirlərini bildirmişdir.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən çıxışında: "Əziz qəhrəman Şəhidlərimizin ailələri, valideynləri, övladları, igid qazilərimiz, övladlarımız, əziz Azərbaycanımız Zəfər bayramımız mübarək olsun deyirəm. Çıxışımı Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin başçılığı altında 30 illik həsrətimizə son qoyan, sizləri və bizləri yumruq kimi birləşdirən, bir araya gətirən və bu tarixi bizə yaşadan Müzəffər Azərbaycan ordusuna və onun Ali Baş Komandanına eşq olsun deyərək başlamaq istəyirəm. Sözün həqiqi mənasında biz bu gün 8 noyabr tarixini, bir il əvvəl Şuşanın işğaldan azad edilmə günü Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etmiş olduğu kimi, "Şuşa sən azadsan, Şuşa biz qayıtdıq, Qarabağ Azərbaycandır!, o cümlədən mən Ümummilli liderimiz Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirirəm” kimi tarixi cümlələr Zəfəri qeyd etmək üçün mükəmməl bir örnək və hədəf olmuşdur. 30 il ərzində bizi hər ay hansısa bir şəhərimizin düşmən tərəfindən işğal edildiyi gün kimi qeyd etməyə məcbur edən mənfur Ermənistan və onun ordusu məhz bizim Şəhid oğullarımızın, qazilərimizin, Müzəffər Azərbaycan əsgərinin, güclü və qüvvətli Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında düşməni tarimar etməklə tarixin arxivinə bir daha açılmamaq şərti ilə gömmüşdür. Dünyada bir çox dövlətlər müstəqilliklərini qeyd edirlər və edəcəklər, sadəcə dünyada çox az dövlətlər vardır ki, Zəfər onlara nəsib olub. Sözün həqiqi mənasında həm I Qarabağ müharibəsi həm də, II Qarabağ müharibəsi Şəhidlərinin hər biri bizim üçün əzizdir, hər biri bu Vətən üçün canlarını fəda edərək bizim qəlblərimizdə Azərbaycan durduqca yaşayacaqlar. Bu gözəl bayramı 8 noyabrda biz Ucar rayonumuzda bütün əhali ilə birlikdə və bərabər qeyd edirik. Cənab Prezident İlham Əliyevin başçılığı altında Vətən torpaqlarımızı göz bəbəyi kimi qoruyan Azərbaycan ordusuna və onun əsgərlərinə eşq olsun! Bu şansı bizə qismət edən Tanrıya şükürlər olsun, bu şansı bizə qismət etmək üçün canlarını fəda etmiş Şəhidlərimizə ALLAH rəhmət eləsin, qazilərimizə şəfa versin.
Bayramınız mübarək olsun! Qarabağ Azərbaycandır!" fikirlərini bildirmişdir.
Sonda çıxış edən digər natiqlər I Qarabağ müharibəsinin şəhidi Təhmiraz Cavadovun anası Xəysə Cavadova, Vətən müharibəsi şəhidi Elnur Vəliyevin atası Əli Vəliyev, Vətən müharibəsi şəhidi Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Birinci Qarabağ müharibəsi əlili Rahib Rəsulov, Vətən müharibəsi qazisi Səfər Rüstəmov Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, Zəfər gününün xalqımız üçün önəmindən danışaraq, bundan sonra da lazım olarsa düşmənlə müharibəyə Ali Baş Komandanın ətrafında möhkəm birləşərək getməyə hazır olduqlarını bildirmişdirlər.
Tədbirin sonunda Bakı şəhərində keçirilən böyük Zəfər yürüşündə hazırlanmış Şəhid qardaşlarımızın plakatları öz ailələrinə təhvil verilmişdir.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək