“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ

“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
 

"Görünən budur ki, radikal müxalifət adlandırdığımız kəsim Azərbaycana qarşı düşmən kəsilib. Onlar ən həssas məqamda da dayanmırlar, öz anti-milli fəaliyyətlərinə ara vermirlər və bütün müqəddəs dəyərlərə qarşı gedirlər”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Belələri, konkret olaraq Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimi ünsürlər fiaskoya məhkumdur. Onlar öz xalqının və dövlətinin bədbəxtçiliyini arzulayan yaramaz kəsimdir. Mənim dediklərimin sübutu isə həmin namərdlərin yazdıqlarıdır, fikirləridir, sosial şəbəkələrdə paylaşdıqları statuslarıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti