QHT-lər pulsuz qalıb
18 Noyabr 2021, 00:02
18 Noyabr
2021
00:02
701
"Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb"
Cəsarət Hüseynzadə: "Yaxın vaxtlarda müsabiqənin elan olunmasına inamım azdır"
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən dövr ərzində QHT-lərin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyətində müəyyən narazılığa səbəb olmuşdu. Bir sıra qeyri-hökumət təşkilatları problemə görə Agentliyi, yeni yaradılmış təşkilat isə digər müvafiq qurumları suçlamışdılar.
Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bu məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: "Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə nazirinin açıqlamasına münasibət bildiriblər. Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, nizamnaməyə görə, Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir. Onun sözlərinə görə, bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin
müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir:
"Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib. Təəssüf ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilməyib. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrini keçirə bilər. Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır. Agentlik bir çox halda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyətini izah edək”.
Problemlə bağlı "Şərq”ə danışan "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, "QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, 2021-ci dövlət büdcəsində QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan vəsaitin taleyi, başqa sözlə desək, Agentliyin qrant müsabiqəsi elan etməsi qeyri-müəyyən olaraq qalır. Qurum rəhbəri qeyd edib ki, Prezidentin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, 6 milyon 316 min 97 manat vəsait Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb.
Şura Katibliyinin "2021-ci il üçün Xərclər Smetasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 27 fevral 2021-ci il Sərəncamı ilə həmin vəsaitin 4 milyon 395 min 97 manatı layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub: "Hər il təqribən 500 təşkilat QHT Şurası vasitəsi ilə qrant alırdı. QHT Şurasının ləğv olunması və onun bazasında Agentliyin yaranması müəyyən hüquqi prosedurların yaradılmasını zəruri etdi. Sözsüz, bu da müəyyən vaxt alan prosesdir.
Lakin bu səbəb heç də ötən 7 ay ərzində dövlət büdcəsində nəzərdə tutulan vəsaitin QHT-lərə təqdim olunmamasına haqq qazandırmır. Şuranın fəaliyyəti dövründə müsabiqələrin elan edilməsi ilə bağlı qərarlar daxili prosedurlarla həyata keçirdi. Lakin Agentlik yaranarkən bununla bağlı müəyyən dəyişiklik edilib. Fərmanın 7.3. maddəsində "qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının iki ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq edilməsi” nəzərdə tutulur. Bu gün QHT Agentliyinin müsabiqə elan etməsi üçün həmin meyarların təsdiq olunması vacibdir. Söhbət hesabda vəsaitin olub-olmamasından getmir. Həmin vəsaiti hansı qaydalara uyğun təqdim etməkdən gedir. Bu baxımdan Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb. Bu meyarların hazırlanması və təsdiqi fərmanda Nazirlər Kabinetinin üzərinə qoyulub. Nazirlər Kabineti müvafiq dövlət qurumları ilə bu işi həyata keçirməlidir. Sözün qısası, QHT-lərin taleyi dövlət qurumları arasındakı ötür-ötür prosesindən asılıdır”.
C.Hüseynzadənin fikrincə, ümumiyyətlə, meyarla bağlı müddəanın tələsik formada fərmana salınması uğurlu variant deyildi: "Çünki bu meyarlarla bağlı da ciddi fikir ayrılıqları ola bilər.
Keçmiş təcrübə göstərir ki, bu tip qərarların hazırlanması və qəbulunda hər zaman keçikmələr olub. Bütün hallarda hazırkı şərait onu tələb edir ki, bu meyarlar qəbul edildikdən sonra qrant müsabiqəsi elan edilə bilər. Yaxın vaxtlarda həmin meyarların qəbulu və müsabiqənin elan olunmasına inamım azdır. Amma bu, o demək deyil ki, çıxış yolu yoxdur. Çıxış yolu hər zaman var. Müxtəlif mexanizmlərlə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan vəsaiti QHT-lərə təqdim etmək olar. Bu vəsaitə QHT-lərin ehtiyacı var. Xeyli saytda ictimai birliklər sonuncu dəfə 2020-ci ildə maliyyə əldə edə biliblər və bir ildən artıq müddətdə ciddi çətinliklərlə üzləşiblər. Bu qrantlar QHT-lərin minimum öhdəliklərini həyata keçirmək üçün dövlət tərəfindən mühüm töhfə idi. Eyni zamanda problemin başqa tərəfi də var. Vəsaitin ayrılmaması Azərbaycanda QHT-lərin maliyyə imkanlarının azalması kimi beynəlxalq reytinqlərdə mənfi hal kimi xarakterizə olunacaq”.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib