Qətlə yetirilən gizirin anası danışdı: "Evin tək övladı idi..." - FOTOLAR

Qətlə yetirilən gizirin anası danışdı:
"Oğlum nəinki evin tək övladı, hətta nəslin yeganə oğul övladı idi”.
Bu sözləri Yeniavaz.com-a ötən gün Qubadlıda qətlə yetirilən 22 yaşlı gənc hərbiçi - kiçik gizir İbrahimov Rəfailin anası Zeynəb İbrahimova deyib. O bildirib ki, Rəfail 2 il idi ki, hərbidə xidmət edirdi:
"Son danışığı bayram günü oldu. Deyirdi ki, hər şey yaxşıdı, özüm də yaxşıyam. Hərbi xidməti dövründə də nümuməvi əsgər olduğuna görə fəxri fərmanlarla təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətində idi. Nümuməvi əsgər olduğuna görə hərbi xidmətini başa vurduqdan sonra qalıb orduda xidmətini davam etdirirdi. Balam gənc idi, çoxlu arzuları vardı. Sərhəd qoşunlarında xidmət edirdi”.
Xatırladaq ki, DSX-nin yaydığı məlumata görə, Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.





Xəbər lenti