Qənirə Paşayeva Şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb

Qənirə Paşayeva Şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb
 
Qənirə Paşayeva qəhrəman şəhidimiz Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla Milli Məclisdə görüşüb.
Şəhid əsgərin qəhrəmanlıqlarla dolu döyüş yolu ilə maraqlanan Q.Paşayeva onun mədəniyyət sahəsinə aid olan Milli Kulinariya Assosasiyasının üzvü kimi də həmişə öz işinə sevgi və peşəkarlıqla yanaşdığını minnətdarlıqla qeyd edib:
"Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox şəhid valideynləri haqq edir. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında ehtiramla baş əyirik!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş oğlunuz "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Fizulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Məmmədağa kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik!"
Görüşdə Azərbaycan Milli Kulinariya Assosasiyasının və Milli Kulinariya Mərkəzinin rəhbəri, Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov iştirak edib.

Xəbər lenti