Qənirə Paşayeva: Ermənistanın hərbi təxribatı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə pislənildi
22 İyul 2020, 18:50
22 İyul
2020
18:50
1203
Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən başlayaraq Tovuz istiqamətində törətdiyi hərbi təxribatla bölgədə gərginliyin alovlanması, bunun nəticəsində hər iki tərəfdən itkilərin olması yerli və beynəlxalq ictimaiyyətin haqlı narahatlığına səbəb olub. Ermənistanın bu təcavüz aktına dünyanın müxtəlif dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münasibət bildirilib.
Azərbaycanın qurucu üzvü olduğu Türk Şurası, TÜRKPA, GUAM və fəal üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını, növbəti hücum və işğal cəhdini qətiyyətlə qınayan bəyanatlar verilib, kommünike qəbul edilib.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Türk Şurasının Baş katibi Bağdad Amreyev iyulun 14-də verdiyi açıqlamada Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı əraziləri atəşə tutmasını qətiyyətlə pisləyib və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı verib. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.
Yenə həmin tarixdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonuna hücum cəhdini qətiyyətlə pisləyib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb.
Deputat diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünikesi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı, yeni işğal cəhdi ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Hərəkat üzvləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduğunu ifadə ediblər. TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Ermənistanın hərbi təxribatını şiddətlə qınayıb. GUAM isə sosial şəbəkə hesablarından etdiyi paylaşımlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını paylaşıb. Göründüyü kimi, baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalarla yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarışlar ünvanlanıb.
"Ermənistanın daha çox güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi və əksinə, öz daxili böhranına daha bir çalar qazandırmış oldu. Ermənistanın başqa bir avantürası isə ABŞ Konqresində iflas etdi. Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində ilk dəfə Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. ABŞ-ın erməni qrupları ötən il olduğu kimi, bu il də, Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə, 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Azərbaycanın mənafeyi əleyhinə düzəlişlər daxil edilməsinə səy göstərirdi. Bu proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri isə Ermənistanın əleyhinə iki düzəliş irəli sürmüşdü. Amma erməni lobbisinin səylərinə baxmayaraq, Kaliforniya ştatını təmsil edən, qatı ermənipərəstliyi ilə tanınan Konqres üzvü Bred Şerman tərəfindən Azərbaycan əleyhinə irəli sürdüyü "Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunması”na dair 66 saylı düzəliş, habelə Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən "333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişi qəbul edilməyib. Təbii ki, bu uğursuzluqlar erməni lobbisinin, xüsusi ilə də, "Daşnak” partiyasını təmsil edən ANCA-nı ("Amerika Erməni Milli Komitəsi”) çaşqınlıq və məyusluğa düçar edib”, - deyə Qənirə Paşayeva diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, Konqres üzvü Stiv Kohen tərəfindən "Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Göründüyü kimi, 99 saylı düzəlişdə məqsəd Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə gəldikdə isə Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərinin işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentlərinin birgə hesabatı şəklində Konqresə təqdim olunmasını nəzərdə tutur.
Qənirə Paşayeva deyib: "Bütün bunlar, bir daha göstərir ki, Azərbaycan Prezidentinin uğurlu xarici siyasət kursu, haqlı mövqeyimiz, uzun illər ərzində qazandığımız etimad artıq öz bəhrəsini tam şəkildə verməkdədir. Fürsətdən istifadə edib, dünyanın dörd yanında öz haqq səslərini ucaldan, müxtəlif aksiyalar təşkil edən soydaşlarımıza, haqq-ədalətin təntənəsinə çalışan bütün tərəqqipərvər insanlara səmimi minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI