Post müharibə dönəmi yeni iqtisadi regionların yaranmasını zəruriləşdirib - ANALİZ
14 aprel 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə göstərilib ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)”, "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında (2006-2007-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edilib.
Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək tapşırılıb.
Bəs bu illər ərzində hansı işlər görülüb və görüləcək?
Ölkəmizdəhəyata keçirilən uğurlu inkişaf strategiyasının əsas tərkib hissələrindən biri Azərbaycanı müasir dünya standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmişdir. Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lideri, dünyanın isə söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Regionlarda fəaliyyət göstərən sahibkarların xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Azərbaycanda milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi bu sahədə mühüm addımlardan biridir. Azərbaycanda xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin təşkili, milli məhsulların dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması, ixracda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülməsi Azərbaycan iqtisadiyyatının bu inkişafını dünya ölkələrinə necə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, dövlət proqramı sayəsində həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasını dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır. Bütün bünların və digər fəaliyyətlərin nəticəsi olaraq, ölkəmiz dünyanın siyasi və iqtisadi həyatında xüsusi əhəmiyyətli mövqeyə malikdir.
Post müharibə dönəmi yeni iqtisadi regionların yaranmasını zəruriləşdirib.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir. Bunun üçün iqtisadi fəaliyyət tədricən bərpa olunmalı və bu fəaliyyətin yeni mühitə reinteqrasiyası ətrafında təhlillər aparılmalıdır. Həmçinin regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda, regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Demək olar ki, bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlb edilməsi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir.
Amil Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.11
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək