Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO

Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşa şəhərinə gedib. 7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata əsasən, P. Bülbüloğlu Şuşa şəhərinə gəlişi zamanı uzun illərdən sonra atasının evini ziyarət edib. Səfir jurnalistlərə açıqlamasında ata evini təmir etdirəcəyini, burada Bülbülün ev-muzeyinin yenidən bərpa ediləcəyini bildirib. Şuşada olarkən incəsənət xadimləri həmçinin Cıdır Düzündə olub, Bakıdan Şuşa şəhərinə gətirilən abidələrə baxıb.

Xəbər lenti