"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT

7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev Paşinyanın son açıqlamasına münasibıt bildirərkən deyib: "Nikol Paşinyan bugünkü brifinqdə bizim Qərbi Azərbaycanlıların öz yurd yerlərinə qayıtması haqda təklifimizi "Ermənistana qarşı torpaq iddiası" və özləri üçün "qırmızi xətt" kimi dəyərləndirib. Qarabağdakı haylara gəldikdə bu zat onların "hüquq və təhlükəsizliklərinin beynəlxalq format çərçivəsində təmini"ni tələb edir. Və  ikinci Qarabağ savaşında sanki zəfər çalmış tərəf ədasıyla Xankəndinə, Laçın yoluna beynəlxaq missiyanın göndərilməsi kimi  daha bir neçə sərsəmləmədən sonra ardınca bildirir ki, regionda vəziyyət gərginləşəcək.
Prezident Administrasiyasının Dağlıq Qarabağdakı haylara növbəti görüş təklifindən də göründüyü kimi biz bunda qətiyyən maraqlı deyilik. Azərbaycan vəziyyətin gərginləşməsində maraqlı olmadığı halda Paşinyan bunun anonsunu verirsə, demək ki, kimsə onu yeni avantüraya həvəsləndirir. Bu, Türkiyə mediasında Qarabağa 4 min terrorçu göndərməyi planlaşdırdığı bildirilən İran da ola bilər, Fransa da."

Xəbər lenti