Parlamentdən Milli Məclisin önündə aksiya keçirənlərə reaksiya: “Əli Kərimli, keçdi o dövrlər!”
Milli Məclisin payız sessiyasının ilk iclasının davam etdiyi vaxt parlamentin binası qarşısında bir qrup şəxs aksiyaya cəhd edirdi.
Deputat Bəhruz Məhərrəmov spikerdən çıxış üçün icazə istəyərək aksiya ilə bağlı fikirlərini çatdırdı: "Bu dəqiqələrdə Milli Məclisin qarşısında aksiya uğursuz cəhd edirlər. İlk növbədə hər kəs bilsin ki, bu tip aksiyalar konstitusion təsbit olan sərbəst toplaşmaq hüququn realizəsi yox, destruktiv və dağıdıcı niyyətin göstəricisidir. Əgər bunların fikri "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirməkdirsə bunu sivil yolla, şəhərin mərkəzində yolları iflic etmədən, ictimai asayişə təhdid, insanlara narahatlıq törətmədən də etmək olar. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa müvafiq olaraq aşkarlığın təmini üçün həmin qanunun layihəsi Parlamentin saytında yerləşdirilib. İctimai və peşəkar müzakirəyə çıxarılan layihənin mətni də konsepsiyası da bütün ağlabatan və səmərəli təkliflərə açıqdır. İndi dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmaların etməyə təklifi, danışmağa sözləri yoxdursa bu onlara hüquq vermir ki, pozucu dağıdıcı yola əl atsınlar. Bu adamların başında hələ də mitinqlərlə, təzyiqlərlə küçədə qərar qəbul olunduğu, parlamentin binasının gülləbaran edildiyi 90-cı illərin anarxiyası qalıb”.
Deputat AXCP sədrinə xitab etdi: "Əli Kərimli, keçdi o dövrlər! Mitinq arzulayanların hamısı yaxşı bilir ki onsuz da tarixin zibilliyindədirlər, anlayırlar ki, siyasi sistemin daha da sağlamlaşması ilə daşlar yerinə oturacaq. İndi qanun layihəsini mürtəce adlandırırlar. Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir, neçə illərdir ki, açıq məğlubiyyətin qorxusundan, seçkilərdə gizlənməklə yüzlərlə insanın konstitusion qaydada müəyyənləşmiş seçki hüquqları, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüquqlarına təcavüz edir, bax budur mürtəcelik. Kərimli başa düşməlidir ki, real həyat virtual aləmdən, facebook səhifələrindən çox daha fərqlidir. İndi 1500-2000 nəfərdən bəyəni gəlməsi xalq sevgisinin göstərici deyil, "layk"a qalsa Qusarlı Əzizə xalanın hər mətbəx videosuna dünyanın dörd bir yanından 25-30 milyon adam baxır, bəyənir. Yəni özünə məftun olub insanları küçəyə töküb yazıq etməsin, bu ölkədə xalqın real dəstəyi İlham Əliyev hakimiyyətinədir və cənab İlham Əliyevin Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz siyasi sistemin təkmilləşdirilməsinə nail olacağıq və hansısa dərnək tipli radikal qruplaşma buna mane ola bilməyəcək. Əli Kərimlinin və dəstəsinin ağlı müəyyən dövrlərin pərdəarxası oyunlarına getməsin, bu gün siyasi səhnədə İlham Əliyev yolunda canını verməyə hazır olan kifayət qədər insan var, əgər Kərimli və başının dəstəsi dağıdıcı yol seçəcəksə, buna peşman olacaq. Yəni davranışlarını buna görə seçsinlər. Həmrəyliyin, birliyin hökm sürdüyü bu müqəddəs Anım günlərində bölücü radikal davranışlarla bir daha əsl simalarını ortaya qoymasınlar”.
Ardınca söz alan deputat Elşən Musayev də Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərlərini tənqid etdi. Bu durumda etirazlara qalxanları xəyanətkar fəaliyyətdə suçladı. E.Musayev dedi ki, dəfələrlə TV Musavat və digər televiziyalarda Əli Kərimlini debata çağırsa da, o, cəsarətsiz davranıb, debatdan yayınıb. Deputat aksiyada kişilərin deyil, qadınların iştirak etdiyini və qadınların irəli verildiyini də söylədi.
YAP təmsilçisi deputat Hikmət Babaoğlu dedi ki, bir gün əvvəl müzakirələrdə bu barədə danışılıb: "Bunlar nəyə etiraz edirlər, bu, bəlli deyil. Qanun layihəsi yenidən işlənmək üçün onun müzakirəsi müvəqqəti dayandırılıb. Ortada etiraz ediləcək bir predmet də yoxdur. Müxalifətin etirazı əsassızdır, yersizdir. Yəqin ki, Azərbaycanın hüquq mühafizə orqanları bununla bağlı qəti addımlar atacaq”.
Birinci vites-spiker Əli Hüseynli isə dedi ki, AXCP-nin əsl adı Xalq Əleyhinə Cəbhə Partiyasıdır.
Spiker Sahibə Qafarova isə "əslində Əli müəllim bizim hamımızın fikrini ifadə etdi”-söylədi. Zaldan alqış səsləri eşidildi./musavat
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...