"Ordunu nüfuzdan salmağa çalışanlara qarşı birgə mübarizə aparmalıyıq”

"Milli birliyimizi parçalanmaq istəyən qüvvələr müxtəlif formada qarayaxma kampaniyasını aparmaqda davam edirlər”

 Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun fikrincə, Azərbaycan Ordusu istənilən vəziyyətdə bütün təxribatların qarşısını almağa qadir olduğuna görə bu, düşmən tərəfi narahat edir:

"Hazırda vətənimizin müdafiəsi lazımınca qorunur. Bu gün hakimiyyət və xalq birlik nümayiş etdirərək ordu haqqında yayılan dezinformasiyalara qarşı birgə mübarizə aparırlar. Xalqımız həmişə olduğu kimi, yenə də vətəndaşlıq mövqeyi göstərərək əsgərləri ilə həmrəy olurlar. Bu, milli birliyimizi parçalanmaq istəyən qüvvələri narahat edir və onlar müxtəlif formada qarayaxma kampaniyasını aparmaqda davam edirlər”.

V. Bayramov bildirib ki, hazırda xaricdə maliyyələşən qüvvələr xalqı daxili çəkişmələrə sövq etmək istəyirlər: "Buna görə Azərbaycan Ordusu haqqında müxtəlif şayiələr yaymaqla, qaldırılan mövzular haqqında məlumatsız olan həssas təbəqəni iğtişaşlara cəlb edirlər. Buna istədikləri formada nail ola bilməyəndə də digər vasitələrlə dezinformasiyalara əl atırlar. Ancaq belə məqamda xalq daha diqqətli olmalıdır, yayılan xəbərlərin mənbəyinə əsasən doğruluğunu yoxlamaq lazımdır. Çünki milli birliyimizi parçalamaq istəyən qüvvələr müxtəlif formada qarayaxma kampaniyasını aparmaqda davam edirlər”. 

Xəbər lenti