Növbəti Aqrar İnnovasiya Festivalı Zaqatala rayonunda keçirilib
28 Aprel 2023, 15:38
28 Aprel
2023
15:38
321
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Zaqatala rayonunda keçirilib. "Agrarco Fındıq Emalı zavodu”nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirakı ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Şəfizadə regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov "Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları və digər tabeli qurumları, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış 70-dən artıq yerli və xarici şirkət, eyni zamanda digər dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq stendlərlə təmsil olunublar.
Festival iştirakçıları tərəfindən kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi keçirilib.
Kənd təsərrüfatlı təyinatlı müxtəlif məhsul və texnologiyaların nümayiş olunduğu sərgi, startap zona, təlim, məlumat sessiyaları və panel müzakirələri komponentlərindən təşkil olunmuş festivalda aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə maarifləndirmə işləri həyata keçirilib.
Festival çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) KTN ilə birgə icra etdiyi və hökumət tərəfindən maliyyələşdirilən "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (HAZER) layihəsinin komponenti üzrə birgə əməkdaşlıq həyata keçirilib. Belə ki, festival çərçivəsində bölgə üçün prioritet olan fındıqçılıq sahəsi üzrə mövcud yeni texnologiyaların əyani nümayişi, həmçinin fındıqçılıqda mexanizasiyanın təşviq edilməsi məqsədilə məhsul yığımından öncə və sonrakı mərhələlər üzrə yerli və beynəlxalq təcrübədə mövcud mexanizasiya və xidmətlərə dair təqdimat nümayiş edilib.
Qeyd edək ki, "HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflotoksin maddəsinin mövcudluğu riskini azaltmaqla, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltməklə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini tətbiq etməkdir.
Festivalda panel müzakirələri zamanı sahənin ixtisaslaşmış mütəxəssisləri tərəfindən "Azərbaycanda fındıqçılığın davamlı inkişafı: çağırışlar, innovasiyalar və həllər”, "Fındığın toplanmasında və emalında müasir avadanlıq və texnikalar”, "Müasir rəqabətə davamlı fındıq bağlarının salınmasının üstünlükləri”, "Fındıqçılıqda biotexnoloji və molekulyar metodlardan istifadənin əhəmiyyəti”, "Fındığın xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri” mövzularında müzakirələr aparılıb.
Festival zamanı Aqrar Təlim Mərkəzinin və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran mövzulara dair məlumat sessiyaları keçirilib.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub