“Neptun”dan əhaliyə şad xəbər: ONLİNE SİFARİŞ, BOL ÇEŞİD, GİGİYENİK NƏZARƏT (onlineneptun.az)

“Neptun”dan əhaliyə şad xəbər: ONLİNE SİFARİŞ, BOL ÇEŞİD, GİGİYENİK NƏZARƏT (onlineneptun.az)

Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Bundan başqa Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.

Belə bir məqamda ən ağır yük və məsuliyyət Bakıda və regionlda fəaliyyət göstərən Supermarketlərin üzərinə düşür. İndiki şəraitdə Supermarketlər tərəfindən dünya təcrübəsinin tətbiqi, müasir, innovativ alətlərdən istifadə, fasiləsiz iş rejiminin qurulması və bütövlükdə əhalinin təlabatının tam ödənilməsi əsas meyarlardan biridir.

7NEWS.az olaraq Bakıda fəaliyyət göstərən Supermarketlərdəki vəziyyətin real monitorinqinə başladıq. İlk olaraq əhalinin ən çox axın etdiyi Supermarketlərdən biri olan "Neptun Supermarketlər Şəbəkəsi” ilə əlaqə saxladıq. Marketdəki real vəziyyəti monitorinq etdik, eyni zamanda, market rəsmisi məlum durum səbəbindən dünyada və ölkədə baş verən proseslər fonunda "Neptun Supermarketlər Şəbəkəsi”nin hazırlıq vəziyyətinə aydınlıq gətirdir: "Marketdə məhsul çatışmazlığı ilə bağlı heç bir problem yoxdur. Gündəlik olaraq tədarükçü firmalara sifariş ilə bağlı məlumat verilir, məhsul qəbul olunur və satış həyata keçirilir. Həmiçinin, yarana biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün bütün qabaqlayıcı, gigiyenik tədbirlər də görülür. Müştərilərin rahatlığını təmin etmək üçün isəuzun müddətdir fəaliyyət göstərənonlineneptun.azsaytı daha da operativ formada işləyir. Belə ki, müştərilər istənilən məhsulu sayta daxil olaraq və ya 162 qaynar xəttinə zəng edərək sifariş verə bilər. Supermarketlər arasında yeganə alış-veriş saytı olanonlineneptun.azsaytında marketdə aktiv olan bütün endirimlər və kampaniyalar keçərlidir.”

Məlumat üçün qeyd edək ki, ölkədəki supermarketlər arasında yeganə online alış-veriş saytı olan onlineneptun.azsaytı 3 ildir fəaliyyət göstərir. Bütövlükdə, 25000-dən artıq müxtəlif növ çeşidli məhsullar onlineneptun.azproqramına inteqrasiya olunub və bütün kampaniyalar, aksiyalar, endirimlər, ən əsası QİYMƏTLƏR online sifariş zamanı eynidir və keçərlidir.

7NEWS.az


Xəbər lenti