Nazir onlayn iclas zamanı qeyri-etik ifadələr işlətdi - VİDEO

Nazir onlayn iclas zamanı qeyri-etik ifadələr işlətdi - VİDEO

Uelsin Səhiyyə naziri Von Getinq koronavirusla əlaqədar təşkil olunmuş onlayn iclasın gedişində mikrofonunun açıq olduğunu unudub və həmkarı barəsində qeyri-etik ifadələr işlədib.

Xəbəri "Sky News” yayıb.

Agentlik yazır ki, Səhiyyə naziri Uelsin Milli Assambleyasının deputatı Cenni Retbounun ünvanına sərt ifadələr işlədib.

Qeydə alınan kadrlardan da görünür ki, onlayn iclasda iştirak edən şəxslər nazirin ehtiyatsız davranışına gülümsəyib və utanaraq, üzlərini əlləri ilə örtüblər.

Hadisədən bir neçə saat sonra nazir "Twitter” hesabında həmkarından və bütün izləyicilərdən üzr istəyib.


 

Xəbər lenti